Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda məktəbin tualetinə kamera quraşdırılıb - Video

Bakıda orta məktəbin ayaqyoluna kamera quraşdırılıb.

Şagirdlərdən birinin çəkdiyi videogörüntünü Xəzər TV yayımlayıb. Araşdırma zamanı məlum olub ki, kadrlar Bakıda, Sabunçu rayonu Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbdə çəkilib.

Görüntülərdən aydın olur ki, məktəbdə ayaqyolu kabinələrinin qapıları yoxdur. Məktəbin direktor müavini Novruz İsmayılov açıqlamasında bildirib ki, həmin kamera oğlanlar üçün nəzərdə tutulan sanitar qovşağa quraşdırılıb, lakin heç vaxt işlək vəziyyətdə olmayıb.

İşləməyən kameranın ayaqyoluna quraşdırılmasının səbəbinə gəldikdə, Novruz İsmayılov qeyd edib ki, yuxarı sinif şagirdləri orada siqaret çəkiblər.

Şagirdləri bu vərdişdən yayındırmaq üçün məktəb rəhbərliyi bu üsulu seçib. Sonradan kamera çıxarılıb. Şagirdlərin ayaqyolunda çəkdikləri elektron siqaret və qəlyanlar isə onlardan alınıb. “Həmin kamera quraşdırıldıqdan sonra ayaqyolunda heç kim siqaret çəkmir”, - deyə o bildirib.

Sanitar qovşaqda kabinələrin qapısının olmaması məsələsinə gəldikdə, direktor müavini vurğulayıb ki, məktəb tikilən vaxt orada qapı nəzərdə tutulmayıb. Novruz İsmayılov onu da əlavə edib ki, qısa zamanda ayaqyolu kabinələrinə qapılar qoyulacaq.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »