Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada kriminal avtoritetlərlə bağlı qanun olacaq
Azərbaycanda da hökumət belə bir sənədə ehtiyac duya bilərmi?

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin şərhi

Rusiya Dövlət Duması criminal avtoritetlərlə bağlı ayrıca qanun qəbul etmək qərarına gəlib. Bu barədə İnterfax agentliyi məlumat verib. Məlumatda deyilir ki, Pprezident Vladimir Putin Dövlət Dumasına Cinayət Məcəlləsinə yeni - “Cinayətkar ierarxiyada yüksək mövqe tutma” maddəsinin əlavə edilməsini nəzərdə tutan qanun layihəsi göndərib. Qanun birinci oxunuşda qəbul edilib. Cinayət Məcəlləsinə əlavə ediləcək 210.1-ci maddəyə görə, criminal avtoritetlərə - “cinayətkar ierarxiyada yüksək mövqe” tutanlara 8 ildən 15 ilədək cəza veriləcək. Qanun cinayıtkar birlik yaratmağa və ona rəhbərlik etməyə görə ömürlük həbs cəzası da daxil olmaqla çox sərt cəza nəzərdə tutur.

“Kriminal avtoritetlrin dəfninə bütöv şəhərlər yığışır. Onlar bu yüksək ehtiramı nə ilə qazanıblar?” deyə İnterfax sual edir.

Qanun layihəsini şərh edən Dumanın Komitə sədri, keçmiş ədliyyə naziri Pavel Kraşennikov sənədin martda bütün oxunuşlarda qəbul ediləcəyini gözləyir.

Layihəni Prezident Putin Dövlət Dumasına fevralın 14-də göndərib. Sənəd kriminal avtoritetlərə qarşı yönəlib; dövlət başçısı layihəyə müşaiyətedici məktubda belə əsas gətirir ki, kriminal avtoritetlər özünün cinayətkar aləmdəki yüksək statusundan istifadə edərək cəzadan yayınırlar. Belə bir şəxsin cinayətkar ierarxiyada liderlik mövqeyi tutması faktının özünə görə qanunda məsuliyyət nəzərdə tutulmayıb. Putin bu boşluğu doldurmağa çalışır.

Bu layihəni bizimyol.info-ya beynəlxalq hüquq üzrə tanınmış mütəxəssis, professor Fərhad Mehdiyev şərh edib.

- Bu layiihə haqqında nə deyə bilərsiniz? Onun meydana gəlməsi əsaslıdırmı?

- Bəli, RF Prezidenti Dumaya yeni qanun lahiyəsini göndərib. Qanun layihəsi RF Cinayət Məcəlləsinin 210.1-ci maddəsini dəyişdirərək sırf kriminal qruplaşmanın rəhbəri olmağın ayrıca cinayət tərkibi yaratdığını nəzərdə tutmaq məqsədini daşıyır. Qanun layihəsinin irəli sürülməsinin səbəbi isə, “qanuni oğru” kimi tanınan kriminal avtoritetlərin başqalarının əli ilə cinayət törədərək məsuliyyətdən azad qalmalarıdır. Əslində RF Cinayət Məcəlləsinin 210-cu maddəsinin (cinayət birlik təşkil etmə ya da iştirak etmə) indiki redaksiyası da kriminal avtoritetlərin cəzalandırılmasını mümkün sayır...

- Bu halda bu qanun dəyişkiliyinə nə ehtiyac vardı?

- Məsələ burdadır ki bir insanın kriminal avtoritet olmasını sübut etmək həmin qanun lahiyyəsinə görə daha yüngül olacaq. Məsələn, hansısa bölgəyə «baxan» şəxslərin təyin olunması, 2-3 şahid ifadəsi, «obşakın» toplanıb bölüşdürülməsi, cinayətkarların dünyasından hər hansı başqa fakt sübut etmək üçün kifayət edəcəkdir.

- Hüquqi baxımdan bu yanaşma doğrudurmu?

- Hüquqi baxımdan bu cür yanaşma düzgün deyil. Əgər Rusiyada kriminal avtoritetlər məsuliyyətdən yayınırsa, deməli, hüquq-mühafizə orqanların işində ya səhlənkarlıq ya da korrupsiya var. Putin bu məsələlərlə mübarizə aparmaq yerinə, ciddi sübutlar olmadan bir insanı məsuliyyətə cəlb etmək istəyir və belə bir texnika da cinayət hüququnda «təqsirə görə məsuliyyət», «təqsirsizlik prezumpsiyası», «in dubio pro reo» qaydalarına ziddir. Cinayət hüququnda məsuliyyət konkret kriminal əmələ görə yaranır və bu sübut olunduğu təqdirdə şəxs məsuliyyətə cəlb edilir. Rusiyanın Cinayət Məcəlləsinin indiki tənzimləməsi də buna zatən imkan tanıyır. Elə bu səbəbə görə də Rusiyanın özündə bu qanun lahiyəsi bir xeyli tənqid olunur. Məsələ RİA Novosti Agentliyinin juranlisti Artomiy Vselenskiy iddia edir ki, bununla Putin əslində hər şeyi öz nəzarətinə almaqla öz taxtını qorumağa çalışır. Bu qanun layihəsi yerinə büdcə talanmasının qarşının alınmasına, ya da korrupsiyaya qarşı mübarizəyə diqqəti yönəltsə, daha yaxşı olardı.

- Adətən Rusiyada qəbul olunan qanunların anoloqu ya dərhal, ya da bir müddət sonra Azərbaycanda da qəbul edilir. Buna Azərbaycanda ehtiyac varmı?

- Azərbaycan Respublikasında kriminal avtoritetlərə aid ola biləcək əməllər Cinayət Məcəlləsinin 218-ci maddəsi ilə tənzimlənir və hər hansı bir hüquqi boşluğun yaranmasına də səbəb olmur. Başqa tərəfdən, ölkəmizdə Rusiyada olduğu kimi «vor v zakone» fenomeni yoxdur. Bu səbəblə ümumi qaydalardan ayrılmaq üçün də hər hansı bir səbəb mövcud deyil.

Son xəbərlər
Bütün xəbərlər »