Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quaydo ilk prezident fərmanını imzaladı: Maduronun qərarını ləğv etdi

Bir aydır özünü Venesuelanın prezidenti elan edən Xuan Quaydo fərman imzalamağa başlayıb. O, ilk fərmanını imzalayıb. Fərmanda ölkəyə xarici humanitar yardımın daxil olmasına icazə verilir.

Bizimyol.info xəbər verir ki, Quaydo qardaş Braziliya ilə sərhədlərinin açılmasına da göstəriş verib. Halbuki son seçkilərin qalibi elan olunan Nikolas Maduro Braziliya ilə sərhədləri bağlatdırmışdı.

Quaydo bəzi ölkələrlə diplomatik əlaqələrin inkişafını da vacib sayır. Müxalifət lideri Aruba, Kyurasao, Boneyr adaları ilə yanaşı, Niderland Krallığının da adını çəkib.

Əslində, bu adalar məhz Hollandiyanın ərazisi sayılır. Maduro isə Niderland Krallığından təhlükə gələ biləcəyini düşünərək, adalarla sərhədləri bağlamışdı. Daha doğrusu, bu adalardan Karib dənizi tərəfdən Venesuelaya gəlməyə imkan verilmir. Quaydo isə məhz bu adalardan və Braziliyadan ölkəyə humanitar yardımın daxil olmasını gözləyir.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı fərman imzalayıb
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »