Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lotereya tarixində ən böyük uduş qeydə alındı

İrlandiyanın Finqal qraflığının Nol kəndində yaşayan ailə lotereyada cekpot udub – 153 milyon funt-sterlinq. Bu da təxminən 200 milyon dollar olmaqla, lotereya tarixinin ən böyük uduşudur.

Bizimyol.info xəbər verir ki, “EuroMillions” lotereyasının nəticələri fevralın 19-da məlum olub.

“Xəbərlərdə eşitdim ki, mükafatın sahibi İrlandiya sakini olub. Mən uduş olan biletin son üç rəqəmini öyrənə bildim. Biletin qalan rəqəmlərini internetdə yoxlayanda nitqim qurudu. Bizim həqiqətən belə böyük məbləği udduğumuza evdəkiləri inandırmağa nə qədər vaxtım getdi”, - deyə mükafatın qalibi bildirib.

Qadın danışır ki, bileti yoxlayıb, udduğuna əmin olandan sonra onu döşəyin altında gizlədib və bütün gecəni yatmayıb. İrlandiyalı qalib deyir ki, qazandığı məbləği uşaqları, nəvələri və ailənin gələcək üzvləri arasında bölmək istəyir.

Bundan öncə də həmin ailənin lotereyada bəxti gətirib. Bir neçə il əvvəl bacılardan biri “National Lottery”də 600 min funt sterlinq udub.

“EuroMillions” lotereyası doqquz ölkədə keçirilir. 153 milyon funt-sterlinqlik maksimal mükafat lotereya tarixində üç dəfə oynanılıb.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ərdoğanın maaşı nə qədər olacaq...
››› “Instagram”da boşluq tapdı, böyük mükafat qazandı - Foto
Son xəbərlər
Bütün xəbərlər »