Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şamanlar Rusiyanın güclənməsi naminə 5 dəvə yandırdı

Rusiya ərazisi sayılan Buryatiyada bir qrup şaman qəribə ritual həyata keçiriblər. Onlar Rusiyanın güclənməsi naminə 5 dəvə yandırıblar.

Bizimyol.info xəbər verir ki, ritualın videosu “Youtube” portalında peyda olub. Videoda ritual “Jen tenqeri yaba” adlandırılıb. Bunun Rusiya xalqlarının birliyinə, ölkənin möhkəmlənməsinə, güclənməsinə həsr olunduğu qeyd edilib.

Baş şamanın müavini Artur Tsıbikov davranışlarına izah verib. Onun sözlərinə görə, tanrılara bu cür qurban verməklə şamanlar unudulmuş mənəvi dəyərləri bərpa edirlər.

Videonun rəy bölümündə ritualı çox qınayıblar. Məsələn, rəylərdən biri belədir: “Bizdə belə adətlər yoxdur, ağılsızlıqdır. Gördüyünüz hər şey küfrdür, səcdəgahların təhqiridir”.

Buryatiyadakı “Tenqeri” şaman mərkəzində də ritualı tənqid ediblər. 2017-ci ildə Rusiyada heyvanlarla qəddar davranışa görə cəzaları sərtləşdiriblər. İndi belə cinayət törədəni əvvəlkindən xeyli çox – beş il azadlıqdan məhrumetmə gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »