Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ehtiyatlı olun: Təyyarədə də gizli kamera var

Keçən ilin ən yaxşı aviaşirkəti seçilən “Singapore Airlines”ın Boeing 747 təyyarəsində sərnişin gizli kamera aşkarlayıb. Kamera oturacaqların önündə əyləncə məqsədilə quraşdırılan ekranda olub.

Bizimyol.info xəbər verir ki, sərnişin bu barədə Twitter-də paylaşım edib. O, “Singapore Airlines” şirkətindən məsələ ilə bağlı izahat istəyib.

Bu paylaşım sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. “Bu kameralar nə məqsədlə quraşdırılıb və onların qeydə aldığı informasiyalar harada saxlanılır?”, “Aviaşirkət təyyarə salonunda kameraların quraşdırılmasını sərnişinlərə necə izah edir?”, - deyə sosial şəbəkə istifadəçiləri etiraz ediblər.

Bəzi istifadəçilər isə bildirirlər ki, onlar bənzər kameraları başqa hava yolları şirkətlərinin təyyarələrində də görüblər.

“Singapore” aviaşirkətinin rəsmi səhifəsi də Twitter-dəki müzakirələrə qoşulub: “Məsələ burasındadır ki, bizə təqdim olunan bir sıra müasir əyləncə sistemlərində artıq kameralar quraşdırılıb. Amma bu kameralar söndürülüb və biz onlardan istifadə etmək niyyətində deyilik”.

2018-ci ildə “Singapore Airlines” “ilin ən yaxşı aviaşirkəti” elan olunub. “Airline Ratings” onlayn səyahət xidmətinin ekspertləri reytinq cədvəlini müəyyənləşdirərkən uçuşların təhlükəsizliyi və sərnişinlərin uçuşlar barədə fikirləri nəzərə alınıb.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »