Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gülünc səbəbdən bütün ailə öldürüldü

Tayvanda kişi həyat yoldaşını və iki övladını qətlə yetirəndən sonra özünü də öldürüb. Səbəb isə həyat yoldaşının ikinci dəfə əməliyyat olunub sinəsini böyütməkdən imtina etməsi olub.

Bizimyol.info xəbər verir ki, evin xanımı Pen Xuey-ya 32 yaşlı əri Vu Men-yunun istəyilə əməliyyat olunaraq, sinəsini böyüdüb. 2018-ci ilin noyabrından onların münasibətləri gərginləşib və cütlük bir müddət ayrı yaşamağa qərar verib.

Kişi həyat yoldaşından ikinci dəfə də əmliyyat olunub, sinəsini bədəninə uyğunlaşdırmasını istıyib. Amma qadın imtina edərək, xarici görünüşünü bundan sonra dəyişmək istəmədiyini bildirib. Qarşı tərəf bu reaksiyadan narazı qalanda isə boşanmaq istəyini dilə gətirib.

Pen Xuey-yanın yaxınları deyir ki, sonuncu dəfə onu uşaqları ilə birlikdə ərinin yanına gedərkən görüblər. Onlar boşanma məsələsinin detallarını müzakirə edəcəkmişlər.

Polis ailənin dörd üzvünün meyitini sarı taksidən tapıb. Vu-Men-yu maşını atasından müvəqqəti alıbmış. Qadın avtomobilin ön oteracağında əlləri bağlı vəziyyətdə, 9 yaşlı oğlu və 6 yaşlı qızı isə arxa oturacaqda uzanmış halda aşkarlanıb. Hüquq-mühafizə orqanları iki versiya üzərində işləyir. Bunlardan biri odur ki, kişi bütün ailəni maşının içində dəm qazıyla boğa bilərdi. Onlar sürücü oturacağının altından içində kül olan soba tapandan sonra bu qənaətə gəliblər. İkinci versiya isə budur ki, Men-yu ailəsini onların yeməyinə zəhər qatmaqla öldürə bilərdi. Maşında “McDonald’s”ın qəbzi tapıldığından hüquq-mühafizə orqanları hesab edir ki, onlar ölməmişdən öncə yemək yeyiblər.

Bu versiyalardan hansının əsaslı olması isə ekspertizanın rəyindən sonra məlum olacaq.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »