Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkələri ABŞ-ın “türk ordusuna qarşı” təklifindən imtina etdilər

Vaşinqtonun NATO üzrə Avropadakı ən yaxın müttəfiqləri kürdlərin qorunması üçün Suriyanın Türkiyə ilə şimal sərhəddində öz qoşunlarını yerləşdirmələri ilə bağlı ABŞ prezidenti Donald Trampın xahişini yekdilliklə rədd ediblər.

Bu barədə “The Washington Post” qəzeti amerikalı və avropalı rəsmilərə istinadən yazıb.

Qeyd olunur ki, Tramp administrasiyası ABŞ qoşunlarının Suriyadan çıxmasından sonra ölkənin şimal sərhədlərində Türkiyəni suriyalı kürdlərdən ayıracaq təhlükəsizlik zonalarında patrul aparmaq üçün avropalı müttəfiqlərindən “müşahidə qüvvələri” formalaşdırmalarını istəyib. Lakin Böyük Britaniya, Fransa və hətta Suriyada hərbçisi olmayan Almaniya bunu etməyəcəklərini deyiblər.

Azvision.az xatırladır ki, Fransanın xarici işlər naziri Trampın bu cür taktikasının təəccüb doğurduğunu hələ ötən həftə söyləmişdi. Bu həftə isə Britaniyanın xarici işlər naziri Ceremi Hant bəyan edib ki, Suriyadakı amerikalı hərbçilərin britaniyalılarla əvəzlənməsinin heç bir perspektivi yoxdur. (Virtualaz.org)

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »