Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın nəhəng layihəsi azərbaycanlı milyarderə verilir

Rusiyada adı korrupsiya qalmaqalında hallanan Vostoçnıy kosmodromunun inşası üçün Roskosmosun yeni podratçısı milyarder Araz Ağalarovun "Crocus Group" şirkəti ola bilər.

Bizimyol.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Roskosmosa yaxın mənbələr RBC və The Bell nəşrinə məlumat veriblər. The Bell nəşrinin yazdığına görə, layihə ilə bağlı "Crocus Group" şirkəti ilə müzakirələr davam etdirilir, lakin Ağalarovun şirkətindən Angara super ağır raketlərinin işə salınması üçün idarəetmə masası hazırlaması istənilir. Layihənin ümumi dəyəri 40 milyard rubldur.

Layihənin tamamlanmasının Ağalarovun şirkətinə verilməsi ideyası əvvəlki podratçı "PSO Kazan"ın tikinti işlərini gecikdirdiyi üçün ortaya çıxıb.

Yeni podratçının 90 faiz ehtimalla Ağalarovun şirkəti olacağı bildirilib. O, bildirib ki, Ural ətrafında bu səviyyədə güclü tikinti şirkəti yoxdur. Mənbənin sözlərinə görə, "Crocus Group" ölkənin şərqində kompleks layihələrin icrasında yüksək təcrübə görmüş yeganə podratçıdır.

Vostoçnıy kosmodromunun tikintisinə 2011-ci ildə başlanılıb və 2015-ci ildə istintaq orqanları tərəfindən tikintidə mənimsəmə və korrupsiya olduğuna dair cinayət işi açılıb. Ötən il baş prokurorluq kosmodromun tikintisində oğurluq həcmini 10 milyard rubl dəyərində qiymətləndirib, 140 cinayət işi başlanıb və 50 nəfər həbs olunub. Bunlar arasında keçmiş podratçı "Pacific Bridge Construction Company" (TMK) şirkətinin rəhbəri İqor Nesterenko və "Dalspetsstroy"un iş icraçısı Yuri Xrziman da var.

Vastoçnidəki problemlər ilk podratçı olan Xüsusi İnşaat Xidmətləri ("Spesstroy") şirkəti ilə müqavilənin ləğvindən sonra başlayıb və Müdafiə Nazirliyi tikinti işlərini öz üzərinə götürüb. Kosmodromun tikintisi ard-arda təxirə düşüb. Baş nazir Dmitri Medvedev layihənin birinci mərhələsinin ötən il başa çatdırılmalı olduğunu, lakin hazırda işlərin sadəcə dörddə bir hissəsinin görüldüyünü deyib.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »