Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur jurnalist Lütfi Zadə ilə danışıb
Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev dünya şöhrətli alim Lütfi Zadə ilə telefonla danışıb.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalist özünün feysbuk səhifəsində bu gün səhər status paylaşıb. Həmin status belədir: “Sabahınız xeyir, hörmətli tamaşaçılar, oxucular və dinləyicilər! Dünən, avqustun 13-ü, Bakı vaxtilə saat 23.25-də cənab Lütfi Zadə ilə telefonla danışdım. Nitqi əvvəlki kimi səlis olmasa da yaxşı olduğunu, özünü yaxşı hiss etdiyini dedi, ona görə narahat olanlara təşəkkürünü bildirdi... Dahi həmyerlimizi yormaq istəmədim və danışığımız çox qısa olduğundan miras-vəsiyyət mövzusunda yersiz suallar vermədim! Hamıya salam duası var. Daha doğrusu onun salamı, bizim isə duamız! Məncə mövzunu qapamaq olar!”

Xatırladaq ki, son bir neçə gündə yerli və xarici mediada, eləcə də, sosial medianın Azərbaycan seqmentində Kaliforniya Universitetinin (ABŞ) professoru, əslən azərbaycanlı olan dünya şöhrətli alim Lütfi Zadənin səhhəti ilə bağlı müxtəlif, bir çox hallarda dəqiqləşdirilməmiş məlumatlar yayıldı. Hətta onun vəfat etməsi xəbərləri də dəfələrlə dərc edilmişdi.

Bizimyol.info

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »