Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərinin öldürməkdə təqsirləndirilən qadına 17 il həbs tələbi
Ərini öldürməkdə təqsirləndirilən Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək qadının 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 28-nə təyin edilib.

Hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı T.Vəliyeva ilə ailə münaqişəsi zəminində mübahisə edib.

Bu zaman qadın onun baş nahiyəsinə meyvəqaz balonu ilə zərbə endirib.

Nəticədə N.Vəliyev ölüb. Hadisəni törədən qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, hadisə baş verən zaman N.Vəliyev sərxoş olub.

Son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub. Xatırladaq ki, ər və arvadın birgə nikahdan iki övladı var.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »