Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qıza sataşmağa görə kütləvi davada ölümlə bağlı müəmma
Ölən şəxsin atası oğlunun başa şəxs tərəfindən öldürüldüyünü deyir

Bakı Ağır Cinayətlər Məhkəməsində kütləvi dava zamanı başqasının ölümünə səbəb olmaqda ittiham edilən Şahbazlı Fəxri Qılınc oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bizimyol.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirin məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

Hadisə ötən il iyulun 19-da gecə saatlarında Abşeron rayonunun Nübar qəsəbəsində baş verib. Fərid Qurbanov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı saxlanılıb.

Kütləvi davada Fəxri Şahbazlının iş yoldaşları — Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev də iştirak edib.

Bu şəxslərin hamısı su filtrlərinin satışı üzrə ixtisaslaşmış firmanın işçiləri olub. Onların yanında firmanın işçisi olan üç xanım da olub. Firma işçiləri Nübar qəsəbəsinə öz məhsullarını reklam etmək və satmaq üçün gediblərmiş. Məlumata görə, həmin vaxt küçədə olan qəsəbə gəncləri qızlarla bağlı bərkdən xoşagəlməz ifadələr işlədiblər.

Firmanın oğlan işçiləri isə onlara yaxınlaşıb iradlarını bildirməsindən sonra onların arasında kütləvi dava başlayıb. Kütləvi davada qəsəbə sakini olan beş nəfər də iştirak edib.

Fəxri Şahbazlı elan olunmuş ittihamla özünü təqsirli bilməyib.

Zərərçəkmişin hüquqi varisi - mərhumun atası məhkəmədə bildirib ki, işin araşdırılmasından narazıdır. Bu işin müəmmalı olduğunu deyən ata ədalətli araşdırma tələb edib və qeyd edib ki, oğlunu vuran şəxs Fəxri olmayıb. Zərərçəkmişin vəkili qeyd edib ki, hadisə zamanı kütləvi dava baş verib. Hər iki tərəfdən bu davada iştirak edən bir neçə nəfər var. Onlar barəsində ayrıca cinayət işi açılıb. Vəkilin dediyinə görə, hələ də həmin cinayət işi ilə bağlı araşdırmaların nəticəsi məlum deyib. Vəkil zərərçəkmiş tərəflə yeni müqavilə bağladığı üçün işlə tam tanış ola bilmədiyini deyib və məhkəmədən vaxt istəyib. Məhkəmə iclası fevralın 26-da davam etdiriləcək.

1991-ci il təvəllüdlü Fəxri Şahbazlıya qarşı Cinayət Məcəlləsinin 126.3.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb. Kütləvi davada iştirak edən digər şəxslər barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb və istintaq davam edir.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Saakaşvili Putinin işğal planını açıqladı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
Son xəbərlər
Bütün xəbərlər »