Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüşvət almaqda təqsirləndirilən gömrük əməkdaşına hökm oxundu
100 manata görə şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində 100 manat rüşvət almada təqsirləndirilən Ayaz Cəfərəliyevə hökm oxunub.

Bizimyol.info xəbər verir ki, hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiyanın hökmü ilə ona şərti azadlıqdan məhrrumetmə cəzası verilib.

Ayaz Cəfərəliyev Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi olub. İttihama görə, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunub. Ggömrük xidməti mayoru A.Cəfərəliyev postun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edib. Belə ki, "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib. R.Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.

O, xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə gömrük orqanlarından xaric edilib.

A.Cəfərəliyev və R.Rəhimov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Onun barəsində cinayət işi başlanılıb və Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb. A.Cəfərəliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
Son xəbərlər
Bütün xəbərlər »