Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maarifləndirici mühazirələr təqdim edən 10 faydalı resurs
Dünyanın müxtəlif ölkələrindən olan elm və incəsənət öncüllərindən bir çox şeyi bu qısa videolar vasitəsilə öyrənə biləcəksiniz. 10 resursluq siyahını brauzerinizin yaddaşında saxlamağı unutmayın.

1. TED – “Paylaşmağa dəyər ideyalar” şüarı olan TED konfransları texnologiya, təhsil, dizayn kimi müxtəlif mövzuları əhatə edərək, dünyanın müxtəlif yerlərindən olan mühazirəçi və müəllimləri sizin ekranınıza daşıyır.

2. YouTube EDU – Google’un YouTube platformasında yerləşən təhsil kanalı. Bu kanalda siz xeyli sayda maarifləndirici kontent və əla təsnifləndirilmiş formada konfrans çıxışları izləyə bilərsiniz.

3. Do Lectures – Dünyanı dəyişdirəcək addımlar atmağa nail olan insanların ilhamlandırıcı çıxışları

4. Solve For X – Google tərəfindən təşkil edilmiş bu forum texnoloji mövzuları əhatə etməklə, dünyanın problemləri üçün radikal çıxış yolları axtaranlara maraqlı gələcək.

5. Big Think – Müasir fikir adamları, biznesmen və alimlərin çıxışlarından ibarət qısa videolar.

6. Fora.TV – Dünyanın ən böyük konfrans və mühazirələrindən ibarət resurs

7. @Google Talks – Yenilikçi insanlar Googleplexi ziyarət edərək, ilhamlandırıcı çıxışlar edir. Həmin çıxışlara pulsuz baxa bilərsiniz.

8. RSA Animate – Müasir dünyanın vacib problemlərini nümayiş etdirən animasiya videoları.

9.Creative Live – Canlı təlimlər ( workshop) dünyanın ən məşhur mütəxəssisləri tərəfindən aparılır. Öz cədvəlinizə uyğun olanları seçin və canlı iştirak edən.

10. Academic Earth – Dünyanın ən yaxşı universitetlərindən 1000-dən artıq maarifləndirici videoya tamamilə pulsuz baxacaqsınız.

pahoo.az

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »