Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
""Aşıq" sözü "savadsızlıq" sözü ilə nisbi sinonimdir" - Kəramət qalmaqalı dərinləşdirdi

Daim qalmaqallı fikirləri ilə müzakirə mövzusu olan gənc yazar Kəramət Böyükçöl bu dəfə də özünü diqqət mərkəzinə gətirib. Onun aşıqlarla bağlı yazdığı status müzakirələrə səbəb olub.

Kəramət Böyükçöl bu dəfə sazı məntiqsiz musiqi aləti adlandırıb:

“Dünyada saz qədər məntiqsiz, savadsız musiqi aləti tanımıram. Hələ bir dəfə görməmişəm ki, elmi, məntiqi, geniş fəlsəfi dünyagörüşü olan bir adam oturduğu məclisdə saz arzulasın. Kimsə saz istəyər, aşıq gələr, o da məcbur olub qulaq asar, o ayrı məsələdir. Amma tutaq ki, sizcə, sazla müasir dünyanın mərkəzinə doğru hara kimi getmək olar? Lokaldır. Məhəllidir. Ancaq məhdud təfəkkürü, məhdud düşüncəni qidalandıra bilir. Elə musiqi alətləri var, ifaçısı atom parçalayır və yaxud, qlobal istiləşmə ilə mübarizə üçün nəzəriyyələr hazırlayır, nano texnologiyaların tibdə tətbiqini araşdırır. Bəs elə bir aşıq varmı ki, sazı çiynindən yerə qoyub bir az da elmi, fəlsəfi mühakimələr yürütməyə başlasın? Yoxdur. Çünki beyinin gücü çatmır. Çünki saz cahillik alətidir, təxminən, meyxana kimi bir şeydir. Şəxsən saz mənə yumor təsiri bağışlayır, o simlərin səsinə daxilən gülürəm. Dərki bir az da dərin olan adamlar isə bu dınqıltının qarşısında heç gülə də bilmir. Sadəcə, donub qalır. Sazı hələ evdə qalmış qız kimi bəzəyib-düzəyib Avropaya da aparmaq istəyirlər, deyən də yoxdur ki, a kişi qayıt dala, bu xrom çəkmə, bu geyimlə hara gedirsən?”

Bununla bağlı "Yeni Müsavat" qəzetinə açıqlama verən bir neçə aşıq isə Kəraməti öz silahı ilə, aşağılayıcı sözlərlə vurublar. Onlar Kəraməti azərbaycanlı olmamaqda, qanının qarışıq olmasında, bizim millətimizdən olmamaqda ittiham ediblər.

Bizimyol.info-ya bu barədə danışan Kəramət Böyükçöl öncəki qalmaqallı yazısını bir az da alovlandırıb və "Aşıq" sözünü "Savadsızlıq" sözü ilə nisbi sinonimliklə ölçüb:

"Qanın azərbaycanlı olub olmamasını necə müəyyənləşdirmək olur? Bunu nə bioloji, nə də tibbi cəhətdən müəyyənləşdirmək üçün bir üsul yoxdu. İnsanın milliyyətindən asılı deyil onun dediyi və səsləndirdiyi fikirlər. Bu sadəcə sazın, saz düşüncəsinin, aşıq təfəkkürünün onlarda yaratdığı fikirlərdir. Bu sözləri ancaq sazı sevən, düşüncəsini, təfəkkürünü sazla qidalandıran adamlar deyə bilərdi.

Keçən günlərdə atam da mənim haqqımda bir status yazmışdı. Yazmışdı ki, mənim Kəramətə gücüm çatmır, ona gücü çatan varsa döysün onu. Yuxarıda səsləndirdiyim fikirlər elə məhz mənim atama da aiddir. Atam da sazı sevir, sazla yaşayır, düşüncəsi, təfəkkürü aşıq təfəkkürüdür. Ona görə də deyir ki, kimin gücü çatırsa Kəraməti döysün. Mənim düşüncəmə görə saz sənəti, aşıq təfəkkürü orta əsr feodal düşüncəsini, feodal cahilliyini özü ilə birgə 21-ci əsrə gətirmək deməkdir.

Sazın özü sadəcə taxta parçasıdır, simləri var və musiqi alətidir, söhbət saz təfəkküründən gedir. İnsanın fiziologiyasına baxanda bilmək olur ki, bu saz sevən adamdır, danışanda onsuz da açıq-aydın şəkildə hiss olunur. Mən bu məntiqin, bu təfəkkürün, bu düşüncənin əleyhinəyəm. Yoxsa saz muzey üçündur, qoyursan arxivdə qalır, arada istəyəndə bir-iki dəfə ifa edirsən. Hələ mən bir dəfə savadlı, geniş fəlsəfi dünya görüşü olan adam görməmişəm ki, durduğu yerdə saz arzulasın. Adlarına baxırsan məəttəl qalırsan, Aşıq Ədalət Dəlidağlı, və s qəribə-qəribə adlar. Bununla da sivil dünyaya, dünyanın inkişaf etmiş mərkəzlərinə doğru getmək də istəyirlər. Nə ilə? Bir də görürsən, bir qrup aşıq getdi Avropaya, Fransaya oxudu. Gələndə də müsahibə verirlər ki, Avropada hamı bizə heyrətlə baxırdı. Bunla başa düşmür ki, fransız, ingilis onlara heyrət edib ki, görəsən bu kimdi, bu nə edir belə, nə demək istəyir? Bu durduğu yerdə niyə qəfl qışqırır, sakit oxuduğu yerdə səsini qaldırır, bəlkə bunu xəstəxanaya aparmaq lazımdır? Hansı aşıq sazını çiynindən yerə qoyub elmi, fəlsəfi söhbət eliyib? Amma hansısa skripka ifaçısı alətini yerə qoyur sənlə Darvindən, təkamül nəzəriyyəsindən, dünyanın yaranmasından danışır. Bununla da demək istəyirəm ki, bütün bu savadsızlığı, məntiqsizliyi məhz saz yaradıb. Yeyib, içib, kəmərin altını bərkidib sazı aldı görək nə dedi? Nə deyəcək ki? Deyirlər ki, saz minillik nəslimizin kökündə dayanır. Elə problem də budur ki, kökündə saz dayanır. Aşıq savadsızlıq deməkdir, sazını ifa edir, başı heç nədən çıxmır, heç nədən anlayışı yoxdur vəssalam. "Aşıq" sözü "savadsızlıq" sözü ilə nisbi sinonimdir fikrimcə".

Bizimyol.info

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »