Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xərçəngdən əziyyət çəkən Zülfiyyə xəstəliyə qalib gəldi: "Həyatın dadı-duzu yerinə gəlib"

Uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova uzun müddətli mübarizədən sonra xəstəliyə qalib gəlib.

Azmedia.az xəbər verir ki, o, öz sevinc hisslərini belə ifadə edib:

"Xərçənglə mübarizə dönəmində hər kəs inanmasa da, sənə bu günlərin keçəcəyini və bir gün normal həyata dönəcəyini söyləyər. Bu, heç inandırıcı gəlməz sizə. Hətta əsəbləşərsiniz. Təkrar ağız dadımızın qayıtmasına, ağrılardan, halsızlıqlardan xilas olmaqdan, dava-dərmansız günlər, ya da ümumiyyətlə xəstəxanaya az getmək, saçlarının uzanması, qaş və kipriklərin çıxması, maskasız həyat bir daha gəlməyəcəkmiş kimi gələr sənə. Sən ximyaları saydıqca, ağlın heç bitmiyəcəklərdə qalar. Mənsə hər şeyin bitəcəyinə inandırmışdım özümü və bitdi. Saçlarım əvvəlkindən daha iddialı uzanır, hər şey yerli yerində. Həyatın dadı duzu yerinə gəlmiş. Bəlkədə çoxunuz mənə inanmayacaqsız, amma həqiqətən də, bitir. Keçəcək deyilirsə, demək keçir. Yetərki sen Allahına və içindəki gücünə inan"

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »