Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kütləvi qətllər törətmiş qadın uşaq dayəsi işləyirmiş

Avstraliyada uşaq dayəsi həbs olunub. 66 yaşlı qadın Çilidə diktator Auqusto Pinoçetin hakimiyyəti dövründə kommunistlərin kütləvi qətlində ittiham olunur.

Bizimyol.info xəbər verir ki, Adriano Rivas yanvarın 19-da Çili hökumətinin sorğusu əsasında saxlanıb. Çili qadının təhvil verilməsini tələb edir.

A.Rivas fevralın 20-də məhkəmə qarşısına çıxarılıb. Ona qarşı kommunistlərin oğurlanması və 1976-cı ildə gizli həbsxanada kommunist liderlərindən birinin öldürülməsində iştirakı barədə ittiham irəli sürülüb.

66 yaşlı qadın girov müqabilində müvəqqəti buraxılmaqdan imtina edib. Bununla belə, onun məhkəməsi martın 1-nə qədər təxirə salınıb ki, özünə vəkil tuta bilsin.

Rivasın təhvil verilməsi üçün Çili birinci dəfə Avstraliya hökumətinə hələ 2014-cü ildə müraciət etmişdi.

İddia olunur ki, A.Rivas 1973-cü ildə Pinoçetin hərbi çevrilişindən sonra yaradılmış gizli polisin rəhbəri Manuel Kontrerasın köməkçisi işləyib. O, 1976-77-ci illərdə 7 nəfərin oğurlanmasında günahlandırılır. O zaman həmin zərərçəkənlərin heç birini tapmaq mümkün olmayıb.

1978-ci ildə A.Rivas Çilidən Avstraliyaya köçüb. O, 2006-cı ildə vətəninə qayıdarkən saxlanılıb. Amma bir müddət sonra polis nəzarətində olmaqla, həbsdən buraxılıb. 2009-cu ildə yenidən Avstraliyaya qaçan Rivas orada dayə işləməyə başlayıb.

2014-cü ildə Çili hökumətinin onunla bağlı ilk müraciətindən sonra o, yerli radioların birinə verdiyi müsahibədə günahsız olduğunu bildirib. Pinoçetin hakimiyyəti vaxtı adamlara verilən işgəncələrə gəlincə, deyib ki, o dövrdə buna ehtiyac vardı.

Çilili hüquqşünas Adriana Navarro bildirib ki, Rivasın ekstradisiyasıyla bağlı prosesin 2014-cü ildən uzanmasının səbəbi Çilidə hakimiyyət dəyişikliyi, bir də iki ölkənin hüquq sistemləri arasındakı fərqlərdir.

Çilidə siyasi xadim və hərbçi olan Pinoçet 1973-cü ildə hərbi çevriliş nəticəsində prezident Salvador Alyendenin sosialist hakimiyyətini devirərək, özü hakimiyyətə gəlib.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 21 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »