Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizdə korrupsiya ilə mübarizə aparılmır" - Dövlət Miqrasiya Xidmətinin rəisi

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün media orqanlarının rəhbərləri ilə görüşdə belə deyib.

Bizimyol.info xəbər verir ki, Vüsal Hüseynov korrupsiya və başqa bu kimi hallara dair hər hansı fakt olmadığı üçün belə bir mübarizəyə də gərək qalmadığını deyib: "Əgər Xidmətin fəaliyyətinin əhatə etdiyi şəxslərdən və mediadan belə məlumatlar gələrsə, araşdırıb tədbir görərik".

Vüsal Hüseynov ötən il Dövlət Miqrasiya Xidməti nümunəvi xidmətə və şəffaflığa görə dövlət qurumları arasında birinci yeri tutub: "Bizim özümüz üçün də bu gözlənilməz oldu. Biz, sadəcə, işimizi görürük. Bu da kənardan görünür və qiymətləndirilir".

Vüsal Hüseynov onu da deyib ki, Xidmət məlumatlandırmaya və əməkdaşların xidmət göstərilən təbəqələrlə fiziki təmasını mümkün qədər aşağı salmağa, xidmətdən məmnunluğu artırmağa çalışır. 650 əməkdaşımız var. Bu vəzifəyə yeni təyin olunsam da, 95 faiz köhnə əməkdaşlarla işləməyə üstünlük veririk. Bu qədər insan arasında ola bilər hansısa aşağı səviyyədə neqativ hallar baş versin. Ancaq biz bunun qarşısını almaq üçün mexaniz hazırlamışıq, o cümlədən, medianın dəstəyindən istifadə edirik".

Bizimyol.info

Paylaş »
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› Məhkəmə Eldar Həsənovla bağlı qərar verdi
Son xəbərlər
Bütün xəbərlər »