Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Telefonu parlaq ekranla işlətdi, gözündə dəliklər yarandı

Tayvan sakini iki il ərzində telefonunu ekranın parlaqlığı maksimum həddə istifadə edib və nəticədə gözləri zədələnib. Həkimlərin yaranmış fəsadların sağalmaz olduğunu bildiriblər.

Bizimyol.info xəbər verir ki, 25 yaşlı Çen katibə işləyir. Qız 2018-ci ilin martında gözlərində möhkəm ağrı hiss edib. O, göz damcılarının köməyilə ağrılardan qurtulmağa çalışıb, amma onun köməyi olmayıb. Bir neçə ay sonra ağrı daha da şiddətlənib. Gözlərinin ağı isə qan çəkib.

Bundan sonra qız həkimə müraciət edib. Müayinə zamanı məlum olub ki, onun gözlərində birində görmə 60, digərində isə 30 faizə düşüb. Həkimlər sağ gözün buynuz qişasında 500-ə qədər mikroskopik dəlik tapıblar. Həkimlər ona deyib ki, gözləri elə vəziyyətdədir, sanki mikrodalğalı sobada bişiriliblər.

Həkimlər səbəb kimi telefonun ekran parlaqlığının maksimum həddə istifadə olunmasını göstəriblər. Məlum olub ki, qız hətta qaranlıqda da telefondan bu şəkildə istifadə edirmiş. Bu isə ona daha çox ziyan vurub.

Çen hələ də bərpa prosedurlarından keçir. Zaman keçdikcə gözlərinin vəziyyəti nisbətən yaxşılaşsa da, həkimlər tam bərpanın mümkün olmadığını deyirlər.

Professor-oftalmoloq Xun Tsitin deyir ki, nəinki iki il, hətta iki saat yüksək parlaqlıqlı ekrana baxmaq insanın görməsində problem yarada bilər.

Son xəbərlər
Bütün xəbərlər »