Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Mustafa Hacıbəyliyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Basta.info saytının baş redaktoru Mustafa Hacılbəyliyə hökm oxunub.

Bizimyol.info xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi prosesdə prokuror təqsirləndirənin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla cəza təyin edilməsini istəyib.

Son sözlə çıxış edən M. Hacıbəyli son sözündə bəraət istəyib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Mustafa Hacıbəyli barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti olmaqla cəza təyin edilib.

İttihama görə, M.Hacılı saytda 5 iyulda yayımlanmış "Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb", 6 iyulda isə "Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb" başlıqlı yazılara görə cinayət məsuliyyətinə cəlb olunub.

Yazılardan birində AXCP üzvlərinin həbsindən, digərində isə Gəncənin icra başçısı Elmar Vəliyevin gülllənməsi, ona qarşı bu əməli törətməkdə təqsirləndirilən Yunis Səfərovun həbs olunduqdan sonra üzərində xəsarət izləri olan fotolarının yayılması və s. məsələlərdən bəhs olunur.

İttihamda qeyd edilir ki, Xəzər rayon sakinləri olan üç qadın- İlahə Xalidova, Arzuxanım Məmmədova və Zülfiyyə Babayeva o məqalələri oxuyub qorxuya düşüblər, narahatlıq keçiriblər.

M.Hacılıya Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »