Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölümcül beyin xəstəliyindən qorunmağın yolu açıqlandı

Orta yaşlı insanlarda fiziki və zehni aktivlik qocalıq illərində letal sonluqla (ölüm - red.) nəticələnən demensiyaya tutulma riskini əhəmiyyətli dərəcədə artırır.

İsveçin Göteborq Universitetinin alimləri aparılan müvafiq araşdırmadan sonra belə bir nəticəyə gəlib.

Bu barədə məlumat “EurekAlert!” nəşrində dərc olunub.

Araşdırmada 44 il ərzində 800 isveçli qadın üzərində aparılan müşahidələr (müayinə nəticələri və s.) əsasında əldə olunan məlumatlar təhlil olunub. Könüllülər arasında aparılan sorğuda qadınlar öz zehni və fiziki aktivlik səviyyəsini göstərib.

Zehni aktivliyə kitab oxuma, məktublaşma, konsertlərə baş çəkmə, xorda oxuma, tikiş işləri, bağbanlıq və digər fəaliyyətlər daxil olub. Alimlər iştirakçıların fəaliyyətini 10 ballıq şkala ilə müvafiq ballarla qiymətləndirib.

Sorğunun nəticəsindən asılı olaraq könüllülər iki qrupa bölünüb. Birinci qrupa 2 baldan aşağı xal toplamış könüllülər, ikinci qrupa isə 3 baldan 10 bala qədər xal toplamış könüllülər (təxminən iştiraçıların 56 faizi) daxil edilib. Fiziki aktivlik də oxşar şəkildə qiymətləndirilib və qadınlar aktiv (82 faiz) və qeyri-aktiv (17 faiz) qrupa bölünüb.

Müşahidələrin davam etdiyi illər ərzində 194 iştirakçıda demensiya inkişaf edib, onlardan 102-nə Altsheymer xəstəliyi diaqnozu qoyulub. Məlum olub ki, yüksək zehni aktivliyi olan iştirakçılarda Altsheymer xəstəliyinin inkişafı riski 46 faiz daha az olub. Fiziki aktivlik isə damar demensiyası riskini 52 faiz, qarışıq demensiya riskini 56 faiz aşağı salıb.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »