Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlilliyi olan şəxslərlə bağlı nazirlikdən açıqlama

“Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi üçün onlara peşə seçimində və peşə öyrədilməsi istiqamətində müvafiq tədbirlər görülür və onların işlə təmin edilməsi üçün məşğulluq mərkəzləri tərəfindən müvafiq addımlar atılır”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bizimyol.info-nun sorğusuna cavabında bildirilib.

Qeyd olunub ki, eyni zamanda əlilliyi olan şəxslər ozünüməşğulluq proqramı çərçivəsində öz ailə bizneslərinin yaradılması üçün bu proqrama cəlb edilirlər: “Ötən il 1000-dən çox əlilliyi olan şəxs ozünüməşğulluq proqramına cəlb edilib və bu proqram çərçivəsində verilmiş aktivlər hesabına öz kiçik ailə təsərrüfatlarını yaradıb”.

Nazirlikdən o da bildirilib ki, son illər nazirlik tərəfindən əlilliyi olan şəxslər üçün qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan tibbi-sosial reabilitasiya sisteminin yaradılması və yeni tibbi-sosial reabilitasiya xidməti növlərinin təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir ki, bu da əlilliyi olan şəxslərin sosial statusunun daha effektiv yollarla bərpa olunması və öz potensial imkanları müqabilində cəmiyyətin fəal üzvünə çevrilmələri üçün müvafiq şərait yaradır.

Eyni zamanda reabilitasiya mərkəzlərində çalışan kadrların bilik və peşəkarlıq səviyyəsinin artırılması üçün müvafiq tədbirlər görülür. Eləcə də əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı inkişaf etmiş ölkələrdə mövcud olan müsbət yanaşmalar respublikanın bərpa müəssisələrində tətbiq olunur”.

Ramid İbrahimov

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »