Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu il əlillərin regional bərpa mərkəzlərində əsaslı təmir işləri görüləcək”

“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin nəzdindəki bərpa mərkəzlərinin əsalı təmin və yenidənqurulması işləri aparılır”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bizimyol.info-nun sorğusuna cavabında bildirilib.

Qeyd olunub ki, hazırda Xidmətin Sumqayıt, Yevlax və Naftalan Əlillərin Regional Bərpa Mərkəzlərində, eləcə də, Mərdəkan qəsəbəsində yerləşən Müalicə Pansionatında əsaslı təmir və tikinti işləri davam etdirilir: “Əlilliyi olan vətəndaşlara reabilitasiya xidmətlərinin daha səmərəli təşkili üçün qeyd olunan mərkəzlərdə müasir reabilitasiya şəraiti yaradılacaq və onlar ən son avadanlıqlarla təchiz ediləcək. Əsaslı təmir və yenidənqurma işlərinin Sumqayıt, Yevlax və Naftalan Əlillərin Regional Bərpa Mərkəzlərində cari ilin ortalarına qədər, Mərdəkan Müalicə Pansionatının isə cari ilin ikinci yarımilində başa çatdırılması nəzərdə tutulur. Bu mərkəzlərdə əlilliyi olan şəxslərin bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurları tətbiq olunacaq”.

Nazirlikdən bildirilib ki, cari ildə Xidmətin Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında, həmçinin Şəki, Şirvan Lənkəran və Xaçmaz şəhərlərində fəlaiyyət göstərən Əlillərin Regional Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub: “Dövlət başçsının tapşırıqlarına əsasən, sağlamlıq imkanları məhdud uşaqlar üçün də reabilitasiya infrastrukturu daim təkmilləşdirilir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzlərinin respublikamızın bölgələri üzrə genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə cari ildə Şəmkir və Qəbələ rayonlarında, 2020-ci ildə isə Bakı şəhəri Xəzər rayonu, Quba, Masallı, Ağcabədi, Xaçmaz və Lənkəran rayonlarında uşaqlar üçün bərpa mərkəzlərinin tikintisinə başlanması planlaşdırılır”.

Qeyd olunub ki, bərpa mərkəzlərinin əsas məqsədi əlilliyi olan şəxslərin və o cümlədən sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, peşə - tədris reabilitasiya yolu ilə sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir. Nazirliyin tabeliyində olan Əlillərin Bərpa Mərkəzləri tibbi, sosial, peşə -tədris reabilitasiyasını həyata keçirmək üçün müasir tələblərə cavab verən bərpa və tibbi avadanlıqlar ilə təchiz edilib. İl ərzində minlərlə əlilliyi olan şəxslər həmin Bərpa Mərkəzlərində müxtəlif reabilitasiya tədbirləri ilə əhatə olunur və protez – ortopedik məmulatlar, reabilitasiya vasitələri ilə təmin edilirlər”.

Ramid İbrahimov

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »