Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramil Quliyev qızıl medalı vəfat edən atasına həsr etdi
Türkiyəni təmsil edən azərbaycanlı yüngül atlet Ramil Quliyev dünya çempionatında qazandığı qızıl medalı mərhum atasına həsr edib.qol.az xəbər verir ki, "İhlas" xəbər agentliyin müsahibəsində o deyib ki, məhz atasının istəyi ilə hazırda yarışdığı idman növünü seçib: "Ona qədər başqa idman növləri ilə məşğul olmuşdum. Bir gün atam məni yüngül atletika məşqinə gətirdi. Elə ilk gündəcə məşqçi dedi ki, sabah yarış var, iştirak edəcəksən. Cavab verdim ki, axı təzəyəm, yarışda necə iştirak edə bilərəm. Soruşdu ki, qaça bilirsən, "hə" dedim. Beləliklə, ertəsi çıxıb yarışda qaçdım və qalib oldum. Onda düşündüm ki, bu nə asan idman növüdür. Sonra yüngül atletikaya davam etdim".

Ramil Quliyev deyib ki, atası onun ən böyük azarkeşi və ilk məşqçisi olub: "Qızıl medalı ona həsr edirəm. Mən onu 2010-cu ildə itirdim. O hər zaman inanırdı ki, mən dünya çempionu olacağam".

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Avtomobillərə qurulan əlavə işıqlar hansı təhlükələri daşıyır...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »