Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəbul imtahanlarının vaxtı niyə dəyişdirildi? - Açıqlama

Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının vaxtının dəyişdirilməsinə münasibət bildirib.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, I və IV ixtisas qrupları üzrə imtahan gününün dəyişdirilməsi I ixtisas qrupu üzrə qabiliyyət imtahanlarının keçirilməsinin, o cümlədən, yazılı cavab vermək tələb olunan işlərin yoxlanılmasının müəyyən qədər vaxt tələb etməsi ilə əlaqədardır:

Dövlət İmtahan Mərkəzi

“Ona görə də iyunun 30-da keçirilməsi nəzərdə tutulan I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə yay qəbul imtahanı iyunun 23-də keçiriləcək. I və IV ixtisas qrupları üzrə yaz qəbul imtahanının mayın 12-nə keçirilməsi isə onunla əlaqədardır ki, iki imtahan (yaz və yay) günü arasında lazımi qədər vaxt yaransın və abituriyentlər imtahana daha rahat şəkildə hazırlaşa bilsinlər”.

“Bundan əlavə, iyunun sonlarında ölkədə beynəlxalq əhəmiyyətli digər tədbirlərin də keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanları kütləvi xarakter daşıdığı üçün, digər beynəlxalq tədbirlərlə eyni vaxtda keçirilməsi məqsədəuyğun hesab edilmir”, - deyə Xanlar Xanlarzadə qeyd edib.

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »