Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın araşdırmaçı şirkətlərinin mərkəzlərinə kütləvi kiberhücum

“Microsoft” həyəcan təbili çalır

“Microsoft” şirkəti Avropanın araşdırma mərkəzlərinin əməkdaşlarına qarşı kiberhücum təşkil olunduğunu bildirib.

“Şirkətimizin operativ informasiya mərkəzi və rəqəmsal cinayətkarlıqla mübarizə idarəsi Avropanın demokratik institutlarına basqın təşkil olunduğunu təsbit edib”,- deyə “Microsoft”un rəsmi məlumatında deyilir.

Qeyd olunduğu üzrə, hakerlər mərkəzi ofisi ABŞ-da yerləşən, habelə Avropada da fəaliyyət göstərən Almaniyanın Marşal fondu, Aspen institunun Avropa şöbəsinə, habelə Almaniyanın yerli xarici siyasət cəmiyyətindəki məlumatlar bazasına daxil olmaq istəyiblər. Ümumiyyətlə, hücum zamanı Belçika, Almaniya, Polşa, Rumıniya, Serbiya və Fransadakı 104 akkaunt zədələnib.

Şirkət bunun arxasında “Strontium” adlanan hakerlər qrupunun durduğuna əmindir.

Bundan başqa, “Microsoft” Avropa Parlamentinə 2019-cu ilin may ayında keçiriləcək seçkiləri də xatırladaraq populist qüvvələrin və digər radikal güclərin təsir imkanlarını araşdırdıqlarını və izlədiklərini bildirib. Bunun üçün şirkət öz müştərilərinin hesablarını qorumaq üçün müdafiə zonasını genişləndirdiyini xəbər edib.

“Microsoft”un bəyanatında kiberhücumla bağlı hansısa dövlətin ünvanına ittihamlar səslənməsə də, CNN artıq günahkarın kim olduğunu tapıb.

Telekanal burada birbaşa Rusiyanın adını çəkərək, “Strontium”un “Putinin aşpazı” olaraq bilinən Yevgeni Priqojinə tabe olan “Fancy Bear” haker qrupundan başqası olmadığını bildirib.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »