Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəkidə canavarlar mal-qaraya hücum edib

Şəkinin Aşağı Göynük kəndində canavarlar kənd sakinlərinin həyətlərinə girərək mal-qaraya hücum ediblər.

Kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını zədələyib. Yırtıcı ailə üzvlərinin səs-küyündən sonra həyətdən qaçıb.

Canavarlar kənd sakini, Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, canavarlar ona məxsus inəyi parçalayıb. Ş.İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücüm edib. Lakin ev sahibi qaçaraq xilas ola bilib.

Sakinlərin sözlərinə görə, bu, canavarların Aşağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil. Yırtıcılar əvvəlдэк də kənd sakinlərinin mal-qarasına bir neçə dəfə zərər vurub. (Report.az)

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
Son xəbərlər
Bütün xəbərlər »