Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlının 42 yaşlı rus qadınla evlənməsi gündəm oldu

37 yaşlı Azərbaycan vətəndaşının Rusiyanın Bryansk əyalətində 42 yaşlı qadınla ailə qurması rezonans doğurub.

Azərbaycanlının məhz ailə xətrinə deyil, Bryanskda müvəqqəti məskunlaşmağa icazə ala bilmək üçün rus qadınla evləndiyi üzə çıxıb. Qurum ərlə-arvadın hər ikisinin, yaxud da onlardan birinin ailə qurmaq istəmədiyinə qərar verib. Bu isə Rusiya Ailə Kodeksinə ziddir. Prokurorluq araşdırmadan sonra ZAQS kağızının ləğvinə qərar verib və bununla bağlı məhkəməyə müraciət olunub.

Məhkəmə ZAQS idarəsinin tələbini yerinə yetirib və azərbaycanlı ilə rus qadının nikahı pozulub. Azərbaycanlının tezliklə vətəninə göndəriləcəyi deyilir. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »