Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lotereyada böyük məbləğ uddu, amma özünün xəbəri yox imiş

Lotereyaya böyük marağı olmayan Avstraliya sakininin elə ilk cəhddə bəxti gətirib. Təsadüfən oyun bileti alan qadın böyük məbləğdə pul qazanıb. Amma bundan xeyli gec xəbər tutub.

Bizimyol.info xəbər verir ki, “TattsLotto” oyununun növbəti buraxılışında 12 nəfər qalib gəlib. Böyük uduşu (1 milyon 666 min dollar) onların arasında bölmək qərarı veriblər. Amma mükafatın verilməsi zamanı qaliblərdən biri ortaya çıxmayıb. Araşdırmadan sonra Tasmaniya ştatında yaşayan bir qadının hələ uduşdan xəbər tutmadığı üzə çıxıb. Kinqston şəhərinin sakininə bu haqda məlumat veriblər. O beləcə mükafatını götürə bilib.

Qadının dediyinə görə, udmağa çox böyük ümidi yoxmuş. Üstəlik, qəzet oxumurmuş, evlərində bir müddətdir internet də kəsilibmiş.

Avstraliyalı uduşu nəyə xərcləyəcəyini müəyyənləşdirib. Təzə maşın alacaq, bundan başqa, indi evi də təmir etdirmək olar.

Keçən ilin dekabrında ABŞ-da bir qadın biletdəki nömrələri səhv yoxladığından, heç nə qazanmadığını düşünmüşdü. Qardaşı zibil yeşiyində bileti görüb, nömrələri yoxlamışdı, bununla bacısının qalib olduğu müəyyənləşmişdi. Amerikalı onda 50 min dollar qazanmışdı.

Son xəbərlər
Bütün xəbərlər »