Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özü arıqladı və sonra da gombullara milyon dollardan çox pul xərclədi

Uelsdə yaşayan Bencamin Cey Smit 63 kiloqram arıqlamağı bacarıb. Leksem şəhərinin 37 yaşlı sakini buna altı ay sərf edib.

Bizimyol.info xəbər verir ki, 2016-cı ilin oktyabrında Bencaminin çəkisi 140 kiloqrama çatıbmış. Smit heç cür arıqlaya bilmirmiş. “Elə kök idim ki, hətta corablarımı geyinə, pilləkənlərlə qalxa bilmirdim. Özümü çox gücsüz hiss edirdim. Yeməkdən asılı vəziyyətə düşmüşdüm. Yağlı və kalorili pitsaları xoşlayırdım. Lazım olandan üç dəfə artıq yeyirdim”,- deyə Bencamin həmin günləri xatırlayır.

Smit hər səhər bir neçə yağ və mayonez buterbrodu, üç hind toyuğu, nahara üç qutu şokolad, 14 çips bağlaması yeyib, üç enerji içkisi içirmiş. Şam yeməyi də çox kalorili keçirmiş: ətli pitsa, 14 toyuq parçası və bir banka dondurma.

Həyat yoldaşı xəstələnməsəydi, Bencaminin çəkisi artmaqda davam edəcəkdi. Kara təcili əməliyyat olunmalıydı. Smit məhz bu hadisədən sonra həyata baxışını dəyişdi. Düzgün qidalanmağa başladı, idmana böyük vaxt ayırdı. 63 kiloqramı beləcə atmaq mümkün oldu.

Bu hadisədən sonra Bencamin artıq çəkidən əziyyət çəkənlərə daha həssas yanaşır. uelsli indiyə qədər köklüklə bacara bilməyənlərə 1,3 milyon dollar xərcləyib.

Son xəbərlər
Bütün xəbərlər »