Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyana etiraz edən kişi qızı ilə birgə özünü yandırmaq istədi

Yerevanda Ermənistan hökumətinin binasında ata və qızının intihar cəhdinin qarşısı alınıb.

Gümrü şəhərinin sakini olan 54 yaşlı P.Arutyun baş nazir Nikol Paşinyan hakimiyyətinə etiraz olaraq qızı ilə birlikdə hökumət binasına daxil olub, orada özlərini yandırmağa cəhd ediblər.

Lakin binadakı növbətçi polislər intihar cəhdinin qarşısını vaxtında ala biliblər.

Polis məntəqəsinə aparılan Arutyunun üzərindən özlərini yandırmaq üçün götürdüyü tezalışan maye tapılıb. Onun qızı ilə birlikdə intihara cəhd etməsinin səbəbləri barədə məlumat verilmir.

Məsələ ilə bağlı araşdırma aparılır. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »