Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda məktəbdə şagirdlər soyuqdan donurlar - Video

Sabunçu rayonu 22 nömrəli tam orta məktəbini idman zalı yararsız vəziyyətdədir.

Bu barədə Bizimyol.info-ya göndərilən videomüraciətdə bildirilir. Müraciətdə qeyd olunur ki, yağış suları zala axdığıdan və zalda istilik sisteminin olmaması səbəbindən tədris planını həyata keçirmək mümkünsüzdür.

Şəhid Firuz Bayramov adına 22 nömrəli tam orta məktəb Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində yerləşir. Məktəbin ibtidai tədris korpusu 1992-ci ildə, əsas tədris korpusu isə 2007-ci ildə istifadəyə verilib.

“Zalım dam örtüyü standarta uyğun qurulmadığından yağış suları zalla axır. Bununla yanaşı soyuq havada zalda tədris prosesini həyata keçirmək mümkünsüzdür”,-deyə şikayətçi bildirib.

Məlumata görə, məktəbdə 2100 nəfər şagirdin təlim-tərbiyəsi ilə 102 nəfər müəllim və pedaqoji heyət məşğul olur.

Məsələ ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə informasiya sorğusu göndərilib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »