Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində ordu generalı rüşvətə görə ömürlük həbs olundu

Çində hərbi tribunal korrupsiyada təqsirli bilinən ordu generalını ömürlük azadlıqdan məhrum edib.

“Lenta.ru”nun məlumatına görə, bu barədə “Sinxua” agentliyi informasiya yayıb.

Məhkəmə prosesində Çin Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargahının keçmiş rəisi Fan Fenhuyanın rüşvət alıb-verdiyi, mənşəyi məlum olmayan iri məbləğdə pul vəsaitləri aldığı sübuta yetirilib. Generalın adına olan bütün daşınar-daşınmaz əmlak müsadirə olunub.

Yüksək çinli zabit partiyanın intizam qaydalarını pozmaqda təqsirli bilinib.

Fana qarşı istintaq 2018-ci ilin oktyabr ayında başlanılıb. O, hələ ötən il bu ittihamların irəli sürülməsindən sonra Kommunist Partiyasının sıralarından xaric edilmiş və general rütbəsindən məhrum edilmişdi.

“Reuters”in yazdığına görə, Fan Fenhuy ÇXR-nın sədri Si Cinpinlə ABŞ lideri Donald Tramp arasında keçirilən ilk görüşdə (2017-ci ildə) iştirak edib. (Oxu.az)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »