Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident fərman imzaladı

İlham Əliyev “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 739 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 986-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 739 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 449; 2000, № 5, maddə 340) 3-cü hissəsinə “hakimləri” sözündən sonra “və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakim” sözləri əlavə edilsin və həmin hissədən “dəmir yolu, hava və avtomobil nəqliyyatı vasitələrindən (taksi istisna olmaqla), habelə” sözləri çıxarılsın.

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2001-ci il 19 iyul tarixli 539 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 25 iyul tarixli 430 nömrəli və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2010-cu il 13 dekabr tarixli 361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd edilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 724 nömrəli və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 725 nömrəli fərmanlarının icrası ilə əlaqədar qərara alıram:

1. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 476; 2005, № 2, maddə 71; 2007, № 4, maddə 323; 2008, № 5, maddə 372; 2014, № 7, maddə 806, № 10, maddə 1174; 2017, № 2, maddə 164, № 7, maddə 1331; 2018, № 12 (I kitab), maddə 2539) 3.4-cü bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Müdafiə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri əlavə edilsin.

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185; 2018, № 12 (I kitab), maddə 2580) 2.5-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Ədliyyə Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilsin.

3. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 430 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 594; 2007, № 11, maddə 1117, № 12, maddə 1223; 2008, № 8, maddə 724; 2009, № 6, maddə 419, №11, maddə 888; 2014, № 5, maddə 470; 2016, № 9, maddə 1027; 2017, № 7, maddə 1325) 2.7-ci bəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.

4. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 361 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1061; 2014, № 9, maddə 1027; 2017, № 8, maddə 1521) 3.2-ci bəndindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin bəndə “Ədliyyə Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri əlavə edilsin.

İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 185 nömrəli, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 24 dekabr tarixli 232 nömrəli, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 8 fevral tarixli 277 nömrəli və “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 17 iyun tarixli 353 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli və “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2016-cı il 13 yanvar tarixli 725 nömrəli fərmanlarının icrası ilə əlaqədar qərara alıram:

1. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 185 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 495; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. üçüncü abzasda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin;

1.2. dördüncü abzasda “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

2. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 24 dekabr tarixli 232 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 712; 2014, № 7, maddə 817; 2016, № 10, maddə 1639) 4-cü hissəsinin dördüncü abzasında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti” sözləri ilə əvəz edilsin.

3. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2015, № 11, maddə 1312; 2016, № 4, maddə 675, № 8, maddə 1384; 2017, № 8, maddə 1521) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasdan “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin,” sözləri çıxarılsın və həmin abzasa “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri əlavə edilsin;

3.2. dördüncü abzasda “onuncu” sözü “üçüncü” sözü ilə, “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilsin.

4. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 432; 2002, № 8, maddə 478; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2008, № 8, maddə 719) 2-ci hissəsinin dördüncü abzasından “Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılsın və həmin abzasda “və Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi” sözləri “, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə əvəz edilsin.

Son xəbərlər
Bütün xəbərlər »