Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərb Rusiyada milli münaqişə yaratmaq üçün bütün gücündən istifadə edir" - Çeçen aktyor - Özəl
Xəbər verdiyimiz kimi fevral ayının 14-ü saat 23:00 radələrində Moskvanın Peçatniki rayonunun Kuryanova küçəsi, ev 28 ünvanında, azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində azərbaycanlılarla çeçenlər arasında 100-ə yaxın insanın iştirakı ilə kütləvi dava olub. Davaya səbəb olaraq isə mətbuatda bir neçə iddia öz əksini tapıb.

İddialara görə çeçenlərdən bir nəfər şəxs Azərbaycan xalqını təhqir edib və bunun da cavabı olaraq azərbaycanlı gənclər həmin çeçeni taparaq cəzalandırıblar və onun videosunu çəkərək yayımlayıblar. Həmin videoda isə döyülərək aşağılanan çeçenə görə isə digər çeçen qruplar hərəkətə keçərək azərbaycanlılarla qarşılaşıblar.

Bununla bağlı Bizimyol.info-ya danışan tanınmış çeçen kinorejissor, aktyor Beslan Tereqbayev baş verənləri təxribat adlandırıb və qeyd edib ki, azərbaycanlılarla çeçenlər hər zaman qardaşlıq münasibətində olublar:

"Onu diz çökdürüb təhqir etmək sadəcə onu deyil bütün xalqı təqir etməkdir. İndi burada belə alınıb ki, kimsə iki qardaş xalq arasında təxribat yaradaraq öz məqsədinə çatmaq istəyir. Sanki kimlərsə burada bilərəkdən vəziyyətin gərginləşməsində maraqlıdır . Bütün Qərb Rusiyada, Moskvada milli münaqişə yaratmaq üçün bütün gücündən istifadə edir.

Biz qardaş xalqlar belə səhvlərə yol verməməliyik. Burada 20-30 nəfərdən biri deməyib ki, bu səhv edib, döyülərək cəzalandırılıb, onu videoya çəkmək lazım deyil. O xalqı, dini təhqir etməyib. Mən şəxsən hesab edirəm ki bu doğru qərar olmayıb. Onun görüntülərini yaymaq doğru deyildi.

Bəli bəzən deyirlər ki, çeçenlər də belə videolar yayırlar. Belə çıxır ki çeçenlərə olar başqalarına yox? Çeçenlər ancaq o adamları bu formada cəzalandırırlar ki, o, “yotube”da və ya hansısa telekanalda çeçen xalqını və İslam dinin təhqir etmiş olur. Ona etdiyi əmələ görə cəza verilir. Yox, əgər biz hər fərdi münaqişəyə görə, xalqı,dini təhqir edirmiş kimi davransaq bu sonu görünməyən müharibəyə gətirəcək. Bu ki, ağılsızlıqdır.

Bu ilk növbədə düşünülmüş, Rusiyaya, Azərbaycan və çeçen xalqlarına qarşı hazırlanmış təxribatdır. Hansısa üçüncü qüvvə burada qan tökülməsində maraqlıdırlar.

Amma mən çox şadam ki, hər iki xalqın seçilmişləri, ağsaqqalları tapıldı ki, bu gün bir masada əyləşib problemi çözməyə çalışırlar. Biz bilirik ki, bizim dövlətlərin prezidentləri İlham Əliyev və Ramzan Kadırov dostdurlar və bizim xalqlar qardaş xalqlardır. Biz icazə verə bilmərik ki, bu xalqlar arasında münaqişə yaransın.

Ağsaqqallar kişi kimi, müsəlman-qardaş xalqların nümayəndəsi kimi bir araya gəlib bu məsələnin dayandırılmasına qərar verdilər. Onlar çeçen və azərbaycanlı gənclərə tövsiyə etdilər ki, dostlaşın, tədbirli olun, öyrənin, kiriminaldan uzaq olun bu zaman sizin üçün hər şey qaydasında olacaq. Bu çox yaxşı hal idi ki, mən şəxsən tərəfdarıyam.

Kimliyindən asılı olmayaraq heç vaxt xaqlın, insanların inanclarıının əleyhinə danışmaq olmaz. Hər bir xaqın yaxşı və pis övladları ola bilər. Bir nəfərə görə xalqı təhqir etmək heçkimə başucalığı gətirmir. Əksinə həmin adam özünün ən aşağı səviyyədə olduğunu nümaiş etdirmiş olur.

Həm də onu deyək ki, bu adam günahkar idisə, onu qəsdən bilərəkdən bu çəkilişi edib ictimailəşdirənlər də onun qədər günahkardırlar.Mənin mövqyeim budur ki, çox şad oldum , biz vəziyyəti düzgün qiymətləndirərək təxribatların yaranmasına imkan vermədik".

Bizimyol.info

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »