Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AMEA-nın elmi işçisi etiraz edir: “Əgər bunu etmirlərsə, mən bu ölkədə niyə yaşayıram?”
“Aldığım əmək haqqına uyğun şərtlərlə mənzil almağım üçün müvafiq qurumlara müraciət etmişəm. İlkin ödənişsiz mənzil almaq istəyirəm. Çünki aldığım 200 manat maaşla ev almaq mümkün deyil”.

Bu barədə bizimyol.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi Yasəmən Qaraqoyunlu bildirib. Mənzil probleminin həll olunması üçün etdiyi müraciətlər nəticəsiz qalıb.

Y.Qaraqoyunlu deyib ki, AMEA-nın aspirantı Sərdar Mahmudovla 1998-ci ildə ailə qurub: “Birinci övladımız dünyaya gələndə, yəni 2000-ci ildə həyat yoldaşım yataqxanada bizə otaq ayrılması üçün AMEA-nın prezidenti Mahmud Kərimova müraciət etmişdi. Yatqxandan otaq verilməsi üçün Toğrul Şaxtaxtlı həyat yoldaşımdan 2500 manat rüşvət istəmişdi. O zaman qüvvədə olan “Elm haqqında” qanuna görə aspirant heç bir yerdə işləyə bilməz. Çünki o elmi-tədqiqatçı hesab olunur və elmi-tədqiqat aparmalıdır. Bizə yataqxanadan yer vermədilər. Biz o zamandan indiyə kimi Bakıda müxtəlif yerlərdə kirayədə qaldıq və hələ də kirayədə yaşayırıq. Ev ala bilmirik. Çünki mən AMEA-da işləyirəm, həyat yoldaşım da yaxın keçmişə qədər burada işləyib”.

O, deyib ki, AMEA-dan aldıqları maaşla yaşamaq mümkün olmadığından həyat yoldaşı iş yerini dəyişib: “Mən 200 manat maaş alıram, həyat yoldaşım da bu məbləğdə maaş alırdı. Bu maaşla iki övlad saxlamaq və kirayədə qalmaq çətindi. Ona görə həyat yoldaşım dövlət qulluğuna qəbul imtahanında iştirak edərək məmur vəzifəsində çalışmağa başladı. Burada maaşı akademiyadakı maaşından bir az yüksəkdir. Həmin yüksək maaşı da kirayəyə ödəyirik. Biz ev ala bilmirik. Ev ala bilmək üçün ilkin ödəniş etmək lazımdır. Bizim isə pul yığmaq üçün kifayət qədər gəlirimiz yoxdur”.

Y.Qaraqoyunlu deyib ki, o Prezident Administrasiyasına etdiyi müraciətlərdən sonra AMEA ona yataqxandan mənzil şəraiti olmayan bir otaq təklif edib: “Mən yataqxanaya köçməyəcəm, mən yataqxana həyatına nifrət edirəm. O çür otağın mənə verilməsi mənə təhqirdi və mən o otağı qəbul etmərəm.

Mənə ev hədiyyə verilməsini də istəmirəm. Mən deyirəm ki, mən elə şərtlə ev təklif edin ki, kirayəyə verdiyim pulun məbləği qədər ödəniş edib ala bilim. Yəni pulsuz ev istəmirəm. İlkin ödənişsiz ev təklif etsinlər mən də kirayəyə verdim pulu həmin ev üçün verim. Əgər bunu etmirlərsə, mən niyə yaşayıram bu ölkədə? Yazdıqlarım kimə lazımdır? Əgər övadlarımı yaşatmağa gücÜm çatmırsa, alacağım doktoruluq diplomu nəyə lazımdır?”

AMEA-nın elmi işçisi bildirib ki, həyat yoldaşı bu problem içində xəstəlik tapıb. O, şəkər və xərçəng xəstəliyindən əziyyət çəkir. Bu barədə AMEA rəhbərliyinə və digər qurumlara etdiyi müraciətdə də qeyd edib.

Ramid İbrahimov

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› “250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
››› Deputat: "Qiymət artımları əhalidə ciddi təəssüf doğurur"
Son xəbərlər
Bütün xəbərlər »