Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan bankının səhmləri 70 milyona satıldı
“AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC payını Hikmət Abuzər oğlu İsmayılova satıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilən məlumata görə, alqı-satqı fevralın 7-də yekunlaşıb.

Oxu.Az xəbər verir ki, H.İsmayılov 55 447 səhmi 70.140.455 (yetmiş milyon bir yüz qırx min dörd yüz əlli beş) manata əldə edib.

Yəni bir səhmin qiyməti 1.265.00 (bir min iki yüz altmış beş) manat dəyərində rəsmiləşdirilib.

Hazırda bankın digər səhmdarları Cəmil Muradov (0,18 faiz) və Əkbər Abdullayevdir (0,18 faiz).

Xatırladaq ki, H.İsmayılov həm də “AFB Bank”la birlikdə “Gilan Holding” MMC-yə daxil olan “Azsığorta” ASC-nin 100%-lik səhmdarı, eləcə də, “Bank of Baku” ASC-nin 31,1%-lik səhmdarıdır.

Son xəbərlər
Bütün xəbərlər »