Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5.5 milyardlıq iş üzrə şahid ifadə verdi
“700-800 manat maaş alırdım”

5 milyard 500 milyon manat pulu Azərbaycan bankları vasitəsilə leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bizimyol.info xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

İttihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Həmin şəxslər bu qayda ilə ümumilikdə 5 milyard 500 milyon manat pulu leqallaşdırıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahiq qismində ifadə verən Vidadi Əliyev deyib ki, 2012-ci ilə qədər keçmiş "Röyalbank"ın əməkdaşı olub. O, 2013-ci ildə M.Əliyevlə tanış olub, ona iş təklif edib. Malik isə onu Rüfətlə tanış edib: “Sonra “AGbank”ın Xətai filialının 2-ci mərtəbəsində ayrıca otaq ayrıldı. Bankda qeyri-rəsmi olaraq kassir işlədim. Pulları Rüfət müəllim gətirirdi, otaqda bankın rəsmi işçiləri Kamil, Nurlana və Samirə ilə sayıb, kassaya təhvil verirdim. Pulların əsil sahibinin kim olduğundan xəbərsizəm. Otağın açarı məndə olurdu, sənədləşmə işlərinə mən baxmamışam".

V.Əliyev bildirib ki, işlədiyi dövürdə R.Vəliyev ona nağd şəkildə 700-800 manat maaş verib.

Hakim deyib ki, şahid barəsində, hökm çıxarılan zaman məhkəmə qərar qəbul edəcək.

Proses fevralın 27-nə təyin edilib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »