Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ prezidentindən dünyanı qorxudan açıqlama
Donald Trampdan 45 ölkəyə çağırış: “Əlimizdə 800 İŞİD yaraqlısı var, geri alın, yoxsa sərbəst buraxacağıq”

Siyasi ekspert: “Azad olunacaq yaraqlılar Azərbaycan üçün də təhlükəlidir”

Amerika Birləşmiş Ştatlarının hərbçilərinin əlində 45 ölkədən “İraq və Şam İslam Dövləti” adlanan terror təşkilatınını sıralarında döyüşmüş , bu terror təşkilatına mənsub olan 800-ə qədər yaraqlı var. Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün Twitter hesabında məlumat verib. Rusiya KİV Trampın öz Twitter hesabına istinadla xəbər yayıblar ki, Ağ Evin rəhbəri bu yaraqların vətəndaşı olduğu ölkələrə: “Bu İŞİD-çiləri geri alın, əks halda hamısı sərbəst buraxılacaq” mesajını verib.

Məsələni bizimyol.info-ya siyasi elmlər doktoru Sabir Məmmədli şərh edib.

- Sabir bəy, həmin yaraqlıların vətəndaşı olduqları ölkələr bu çağrışa, Sizcə, necə yanaşacaqlar?

- Məsələn, Danimarka öz vətəndaşlarını geri götürməkdən imtina edir. Bu çağırışa müsbət cavab verməyən başqa dövlətlər də var. Onlar da belə: “Hansı hüquqi əsaslarla onları mühakimə edəcəyik?!” deyə əsas gətirirlər. Yəni həmin şəxslərin Suriyada, İraqda, başqa yerlərdə döyüş əməliyyatlarında, yaxud terror aktlarında iştirakını təsdiqləyən şahidlər, sübutlar olmadığını bildirirlər. Dövlətlər imtina səbəbi kimi vurğulayırlar ki, onları mühakimə etmək üçün gərək törətdikləri cinayəti araşdırasan, şahidləri dindirəsən, cinayətin təfərrüatlarını dəqiqləşdirəsən və s. Üstəlik yetərli hüquqi baza olmalıdır. Çünkü cinayət başqa ölkədə (Suriyada) baş verib. Üstəlik onları xüsusi həbsxanalarda saxlamaq gərəkdir. Əlavə xərc tələb olunur. Bundan başqa, həbs müddəti başa çatdıqdan sonra bu yaraqlılar potensial təhlükə olaraq qalacaqlar. Onlar sakit durmayacaqlar, cəmüyyət üçün neqativ mənbədirlər. Eyni zamanda təhlükə var kı, İŞİD-çilər gizli beynəlxalq terror təşkilatına çevrilə bilərlər, bunun da ağır nəticələri gözləniləndir

- Ancaq ABŞ bu yaraqlıları buraxsa, yenə də onlar öz ölkələrinə və ya üçüncü ölkılərə gedəcəklər. Məsələn, Monteneqrodan və ya başqa bir ölkədən olan yaraqlı da gəlib Azərbaycana çıxa bilər. Ən azı nəzəri cəhətdən bu ehtimal mümkündür...

- Məsələ də ondadır ki, ABŞ onları buraxsa, təbii olaraq, bu qədər silahla davranmağı bacaran, döyüş təcrübəsi olan, radikal ideologiya ilə yüklınmiş adamlar müxtəlif ölkələrə səpələnəcəklər. O cümldən, Azərbaycana da gəlib çıxa bilərlər. Bəli, orda Azərbaycan vətəndaşının olub-olmamasından asılı olmayaraq, başqaları üçün olduğu qədər bizim üçün də çox təhlükəlidir.

- Bəs nə üçün ABŞ Prezidenti birdən-birə belə bir çağırış edib? Belə bir addım atmağa hazırlaşdığını niyə deyib?

- Tramp dolayısı ilə bəzi ölkələri sıxışdırır ki, “sözəbaxan” olsunlar. Yəni Trampın bu faktdan başqa ölkələrə təzyiq vasitəsi kimi istifadə etmək görüntüsü göz önündədir. Hansı dövlət onun üçün problem yaratmaq cəhdində bulunsa, (məsələn, Almaniya, Fransa, Türkiyə) bundan o dövlətlərə qarşı istifadə edə bilər.

- Bunun başqa bir çıxış yolu axtarılmırmı? ABŞ Prezidentinin bu gedişinə qarşı hansı variantlar mümkündür?

- Təbii ki, dövlətlər çıxış yolu axtarırlar. Bəzi ölkələr BMT qətnamələrinə istinad edərək vurğulayırlar ki, həmin İŞİD-çiləri beynəlxalq terrorçu kimi beynəlxalq hüquq normaları əsasında mühakimə etmək lazımdır, bunun üçün xüsusi milli hüquqi bazaya ehtiyac yoxdur. Başqaları təklif edir ki, vaxtilə Somali piratlarına qarşı tətbiq olunan vasitələrdən bunlara qarşı da istifadə olunsun. Somali piratları üçün Seyşel adalarında xüsusi həbsxana tikdilər, ölkəyə humanitar yardım göstərdilər və hazırda həmin həbsxanada piratlar ömürlük həbs cəzası çəkirlər. Ancaq hələlik bir ortaq həll yolu tapılmayıb.

Redaksiyadan: S. İraq Şam İslam Dövləti adlanan qruplaşma 3 yanvar 2014-cü ildə öz “müstəqilliyini”, 29 iyun 2014-cü ildə isə “Xilafət” elan etdi. Həmin il, müxtəlif məlumatlara görə, Suriya və Iraqda 80 mindən çox üzvü var idi. 2015-ci ildə bu rəqəmin 31 minə düşməsi haqda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbəri məlumat vermişdi. ABŞ-ın başçılıq etdiyi koalisiyanın ötən il açıqladığı məlumata görə, İŞİD məğlub edilib. Bu qruplaşmanın tərkibində döyüşmüş və sağ qalmış bir çox yaraqlıların böyük bir hissəsi öz ölkələrinə və üçüncü ölkələr getməyə nail olublar. BMT Təhlükısizlik Şurasının hesabatında göstərilib ki, 80 ölkədən 15 minə yaxın şəxs döyüşmək üçün İraqa və Suriyaya getmişdi. Rusiya Prezidenti Vladimir Putinin açıqladığı rəqəmə görə, MDB ölkələrindən bu döyüşlərdə iştirak edənlərin sayı 7 mindən çox olub. Bu sırada yüzlərlə Azərbaycan vətəndaşı da olub. Onların bir çoxunu Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları tutaraq istintaqa və ədalət mühakməsinə təhvil verib. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda bu şəxsləri mühakimə etmək üçün hüquqi baza qəbul olunub. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1. Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratmaq maddəsində bu cinayətlərlə bağlı ağır cəzalar nəzərdə tutulub. Eyni zamanda bu tip cinayətlərdə iştirakdan könüllü imtina edənlər və bu maddədə nəzərdə tutulan, törədilmiş və ya planlaşdırılan cinayətlər haqqında qabaqcadan məlumat verənlər cəzadan azad olunur.

Bizimyol.info

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› “Gürcüstan Ankara və Bakı üçün sağlam tərəfdaş olaraq qalacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda zəlzələ olub
››› Saxta peyvənd sertifikatlarının qarşısı niyə alınmır...
Son xəbərlər
Bütün xəbərlər »