Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər kəsin sevimlisi Yuriy Nikulinin həyat dəyərləri
Yuriy Nikulin

Aktyor, sirk sənətçisi, 1997-ci 21 avqust tarixində 75 yaşında Moskvada dünyasını dəyişib.

“Heç vaxt alçaq insanlardan qisas almayın. Sadəcə xoşbəxt olun. Onlar buna dözə bilməyəcəklər.”

Mən artıq kloun olmağa vərdiş etmişəm.

Mənim yalnız iki çatışmayan cəhətim var: pis yaddaş və bir də nəsə başqa şey.

Tarixləri yadımda saxlaya bilməyəndə, anam mənim müdafiə etmək üçün deyirdi ki, Yuranın pis yaddaşı var, onu danlamaq lazım deyil. Atam etiraz edərək deyirdi, hə, pisdir, bütün anekdotları yadında saxlaya bilirsə, deməli yaddaşı həqiqətən də pisdir.

Başqa uşaqların velosipedi olanda, onlara necə də paxıllıq edirdim! Mən velosiped arzulayırdım. Bir gün hərəsi yarım rubldan olan 3 lotereya bileti aldım. Mənim biletimdə velosiped uduşu çıxdı! Uduşu pulla da götürmək olardı – 150 rubl. Evdə isə pul yox idi. Anam dedi: ” Qulaq as, pulu götür, biz sənə atanla velosipedi daha sonra alarıq.

– Mən bilirəm ki, almayacaqsınız.

– Alacağıq!”

Almadılar…

Öz ərinə alt paltarı almaq hər bir qadının müqəddəs borcudur.

Mən öz gələcək həyat yoldaşımla tanış olanda, o öz yaxınlarına məni qürurla təqdim edərək demişdi ki, o sənətçi ilə tanış olub. Hamı soruşurdu: o hansı teatrdandır?

– O, sirkdə işləyir. Kloundur.

Zəiflər həmişə güclülərə yol verir və yalnız hamıdan güclü olan hər kəsə yol verir.

Ən qorxulusu insanların bir-birini öldürməsidir.

Mənə yazılan məktublardakı ünvanlar çox ağlasığmaz idi. “Moskva, ən Böyük Teatr. Nikulinə”, “Moskva. Kreml. Nikulinə”. Belə bir ünvan da var idi: “Poçtalyon, bu məktubu bir çox filmlərdə çəkilən sənətçi Nikulinə verin.” Bütün bu məktublar da ünvanına çatırdı.

İlk dəfə özümü ekranda görəndə donub qalmışdım. “Doğrudanmı mən beləyəm?” – deyə təəcübləndim. Özümü yaraşıqlı hesab eləməsəm də, düşünürdüm ki, normal insan kimi görünürəm, amma ekranda iyrənc səsi və pis diksiyası olan əclafa bənzəyirdim.

Mənə məhşurluq qazandıran kino oldu. Tamaşaçı məndə axmaqlıq görürdü, mən də onların istədiyi kimi oynayırdım.

Öz məşhurluğuma gözəl yanaşıram. Bir dəfə skamyada oturmuşdum. Balaca oğlu ilə qadın keçirdi. Birdən o mənim qarşımda durdu və oğluna tərəf qışqırdı: – Tanıdın?!. Oğlu isə burnunu qurcalayırdı, susmuşdu. Qadın dedi: – Tanıdın? Hə? Oğlan yenə susmuşdu. Qadın: -Yuriy… Hə, Yuriydir… Oğlan hələ də susurdu. Qadın: – Hə, yadına sal… Yuriy… Oğlan pıçıldayaraq: – Qaqarin. Qadın təəssüflənərək dedi: – Sən necə adamsan! Yuriy Popov!

Mən susub, sevinirdim.

Komediya – ciddi işdir.

Mən heç vaxt Marsel Marsonun Moskvaya gəlişini unutmayacağam. Çıxışdan sonra, o yorğun olsa da ondan avtoqraflar alırdılar. Hətta müxbir də soruşmuşdu ki, müsye Marso, yəqin ki, bu dəhşətlidir? Siz bu qədər yorğunsuz, tərləmisiniz, amma buna baxmayaraq, siz avtoqraf vermək məcburiyyətində qalırsınız! O isə cavab verdi: – Bəli, bilirsiniz, bu çətindir və elə də xoş deyil, amma məndən avtoqraf istəməsəydilər, bu daha pis olardı.

Bu mənim xoşuma gəlmişdi.

Heç vaxt alçaq insanlardan qisas almayın. Sadəcə xoşbəxt olun. Onlar buna dözə bilməyəcəklər.

Təyyarəylə Avstraliyadan evə qayıdırdıq. Düz 36 saat! Mən onda başa düşdüm ki, niyə Avstraliya heç vaxt müharibə etməyib.

Gülüş eşitmək – sevincdir. Kimisə güldürmək mənim üçün qürurdur.

Mən sadə insanam, xoşbəxtliyim üçün az şey lazımdır. Bir dəfə yolda bir qadın sevinclə demişdi: Xoşbəxtlikdir! Mən 10 rubla kolbasa almışam! Onun üzündə əsl xoşbəxtlik var idi! Mən də ona baxaraq xoşbəxt oldum.

Xoşbəxtlik çox sadədir. Mən səhər oyanıram. Həyat yoldaşımla kofe içirik. Səhər yeməyimizi yeyirik. Sirkə işə gedirəm. Sonra mən sirkdə işləyirəm. Axşam evə qayıdıram. Biz həyat yoldaşımla şam yeməyi yeyirik. Çay içirik. Sonra mən yatmağa gedirəm.

Əlli ilə yaxındır ki, mən komunnal tipli evdə yaşayırdım. Heç yerə bu barədə yazmırdım və heç nə istəmirdim, çünki sirk sənətçilərinin dörddə bir hissəsinin heç qeydiyyatı belə yox idi. Amma mənim həyat yoldaşımın, oğlumun və həyat yoldaşımın anasının adına olan iki otağım var idi.

Min ildə bir Tanrı yerə enib qabaqcıl ölkələrin idarəçilərini öz yanına dəvət edir. O, onların bir sualına cavab verir. Onun önündə Tetçer, Reyqan və Qorbaçov var. Reyqan soruşur: Neçə ildən sonra ABŞ’da sizin cənnətdəki kimi yaşayış olacaq? Tanrı qeydiyyat kitabçasını çıxarır, baxır və cavab verir: – 27 ildən sonra. Reyqan təəssüflənərək – Mən ona qədər sağ qalmayacağam. Tetçer soruşur: Bəs biz nə vaxt cənnətdəki kimi yaşayacağıq? Tanrı cavab verir: – 37 ildən sonra. Tetçer göz yaşlarını saxlaya bilmir və deyir: – Təəssüf, mən bunu görə bilməyəcəm. Mixail Serqeyeviç soruşur: – Hə, bəs Rusiyada cənnət nə vaxt olacaq? Tanrı ağlayaraq: – Mən ona qədər sağ qalmayacağam.

Hamı səs-küylə sakitlik tələb edir.

Mən daha səhnəyə çıxmıram. Bir az da işləyə bilərdim, amma Leonid Utesovun dediyi kimi, səhnənən 3 il tez getmək, bir gün gec getməkdən daha yaxşıdır.

Mənə ayrılan vaxtı işlətmişəm, indiki əlavə vaxtdır.

Ölüm haqqında fikirləşmək qorxuludur. Müntəzəm olaraq fikirləşirəm: bundan sonra orada heç nə yoxdur. Amma şüaraltı fikirləşirəm ki, ola bilər mənim qəlbimin və varlığımın bir hissəsi, bəlkə də harasa keçə bilər.

Mənim sevimli məşğuliyyətim yaşamaqdır.

pahoo.az

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
Son xəbərlər
Bütün xəbərlər »