Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dekanı məhkəmədə udub pulu tələbələrə paylayacam"

Bir neçə müddətdir Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya qarşı saytlarda, internet portallarında onun vəzifələrindən azad etdiyi əməkdaşları tərəfindən ciddi ittihamlar səsləndirilir. ADU-dakı dekan vəzifəsindən azad edilən Vüsala Ağabəyli və Pərvin Mürsəlova Kamal Abdullaya qarşı ittihamlar səsləndirərək rektoru öz adamlarına vəzifə verməkdə, həmçinin yaxın dostunun qızına yüksək post verməkdə günahlandırıb.

Səsləndirilən İttihamlarla bağlı bizimyol.info-ya özəl açıqlama verən rektor Kamal Abdulla bu ittihamları qəbul etmədiyini, ona və universitetə qarşı qara yaxan, şər atan şəxsləri məhkəməyə verəcəyini bildirib.

“Siz onlardan soruşun nə istəyirlər məndən? İsrarlı şəkildə universitetin dekan vəzifəsinə qayıtmaq istəmək nə deməkdir, onlardan soruşun. Vüsalə Ağabəyli universitetdən işdən çıxarılmayıb müəllim kimi fəaliyyətini davam etdirir. İndi qiyməti siz verin... Mən bundan sonra mənə və universitetə qarşı şər və böhtan atan adamları, saytları, portalları məhkəməyə verəcəyəm. İnşallah da məhkəməni ədalət naminə udacayıq və udduğumuz pulu, təzminatı da tələbələr arasında paylayacayıq.”

“Onlar məni ittiham edirlər ki, mən dostumun qızını işə götürmüşəm. Çərkəz Qurbanlını tanımayan yoxdur.Onun kim olduğunu, vaxtiylə nə işlər gördüyünü hamı bilir. Onun qızı da çox istedadlı, savadlı qızdır. Ona qarşı həmin dekan tərəfindən ədalətsizlik edilib, biz də bu ədalətsizliyi aradan qaldırmaq istəyəndə bu olaylar ortaya çıxıb. Mənim əmrimlə bu adam işdən azad edilib. Yeni dekan da seçki ilə keçirilir və təyin edilir. Dediyim kimi qərara gəlmişik ki, biz məhkəməyə verəcəyik. Məhkəmə nə qərar verəcək, cinayət işi olacaq, ya inzibati qaydada olacaq ona məhkəmə qərar verəcək.

“Bu adamlar işlərində ciddi nöqsanlara yol veriblər. Bilirsiz da açıq dəsr nə deməkdir? 90 dəqiqə davam edən açıq dərsdə 10 dəqiqə oturub, sonra da buna mənfi qiymət verilməlidi deyib, daha sonra da açıq dərs keçirən adamın özü olmadan ona necə müzakirə edib qiymət verilə bilər? Bu adam Çərkəz müəlimin qızına qarşı bu addımları atıb. Mən də bu qərarı ləvğ etmişəm. Ona ən yüksək qiyməti versə də yenə ləvğ edəcəkdim. Çünki, açıq dərsi aparan adam bu proslərdə iştirak etməyib. İşdən çıxarılan dekana töhmət vermişəm başlayıb bizi saytlarda hədələməyə. Bütün bu proseslərə görə, əvvəllər də işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Əmrdə də yazılıb ki, hansı qüsurlarına görə işdən çıxarılıb. İndi dekanın ittiham etdiyi müdafiə şurası, müəllimlər, universitet onu məhkəməyə verir, cavab versin.”

Əli CAHANGİROĞLU

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »