Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İntim videolarla şantaj” ittihamı üzrə məhkəmə başladı
Hədə-qorxu iləı pul tələb etməkdə təqsirləındirilən sayt rəhbərinin məhkəməsində zərərçəkən tərəf prosesin qapalı keçirilməsi barədə vəsatət verib

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilı pul tələb etməkdə təqsirləndirilən "Qafqaz” Xəbər Agentliyinin (qafqaznews.az saytı) rəhbəri Mahmud Tağıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizimyol.info xəbər verir ki, cinayət işi hakim Fikrət Qəribovun sədrlik etdiyi kollegiya araşdırır.

Mahmud Tağıyev barələrində intim və s. xarakterli mlumatları yayacağı adı ilə şantaş edərək, bir neçə şəxsdən hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham edilir.

İclasda M.Tağıyevin vəkili bildirib ki, istintaq zamanı kobud prosessual pozuntulara yol veriib, təqsirləndirilən şəxsin müdafiə və digər hüquqları pozulub, işə saxta sübutlar qoyulub, onun lehinə olan sübutlar isə qanunsuz olaraq cinayət işinə daxil edilməyib.

Bu səbəbləri əsas gətirən vəkil cinayət işinin ibtidai istintaqa nəzarət edən prokurora qaytarılmadsı barədə vəsatət qaldırıb.

İş üzrə zərərçəkən qismində tanınan şəxslərdən biri təqsirləndirilən M.Tağıyevin qaynı Toğrul Tağıyevdir. Vəkilin sözlərinə görə, Mahmud Tağıyev onun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən saxlanılıb. T.Tağıyev şikayətində bildirib ki, M.Tağıyev ondan intim videoları ilə yayacağı hədəsi ilə 120 min manat pul istəyib. Vəkil bildirib ki, bu şikayət əsassızdır və M.Tağıyev T.Tağıyevdən borcunu istəyib.

Onun sözlərinə görə, cinayət işində T.Tağıyevin intim videoları və onun şantaj edilməsi barədə sübut olmadığı üçün istintaq orqanı digər şəxslərlə bağlı da epozodlar əlavə edib. “M.Tağıyevin bir şəxsdən pul alarkən əməliyyatla saxlanıldığı barədə ittiham verilib. Cinayət işi materiallarından isə görünür ki, həmin pulların nömrələnməsi ilə bağlı sənədin vaxtı, M.Tağıyevin saxlanılmasından bir sat sontaya aiddir. Belə olan halda, həmin sübuta əsasən, ittihamın saxlanması qanunsuzdur”.

Vəkil onu da bildirib ki, bütün istintaq müddətində T.Tağıyevin intim videolarla bağlı şantaj edilməsi qeyd edilsə də, sonda onua rəhbərlik etdiyi istehsal sahəsi ilə bağlı yazılar yayaılacağı adı ilə hədə-qorxu gəlindiuyi barədə ittiham verilib.

Prokuror vəsatətin əsassız olduğunu deyərək, təmin edilməməsini istəyib. O bildirib ki, cinayət işindəki sübutlara məhkəmə istintaqı və sdənədlərin tədqiqi mərhələsində qiymət verilə bilər: “Bu səbəbdən işin məhkəmə baxışına verilməsini xahiş edirəm”.

Vəsatətə münasibət bildirən zərərçəkən T.Tağıyev və vəkili Cavad Cavadov vəsatətin əsassız olduğunu deyərək, təmin edilməməsini istəyiblər.

Vəkil Cavad Cavadov prosesin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. O bildirib ki, iş üzrə zərrəçəkmişlərdə intim videolarlaşantaj edilmə epizodları olduğuna görə, proses qapalı keçirilməlidir: “Zərərçəkmiş şəxslər təqsirləndirilən Mahmud Tağıyevin “reket” jurnalistika fəaliyyətinin qurbanlarıdır. Bu işdə ailə, şəxsi sirlər var".

Bu vəsatətə münasibət bildirən prokuror bildirib ki, məhkəmə baxışı zamanı epizodlarla bağlı hissələr araşdırlan zaman qapalı baxıla bilər. Digər hallarda isə proses açıq olmalıdır.

Məhkəmə müşavirədən sonra vəsatətlərin təmin edilmədiyini açıqlayıb. Qeyd olunub ki, cinayət işində pozuntular yoxdur və M. Tağıyev barəsində həbs qətimkan tədbiri düzgün seçilib. Həmçinin, məhkəmə prosesinin açıq keçirilməsinə qərar verilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses fevralın 27-də davam etdiriləcək.

İttihama görə, M. Tağıyev Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. Onun cinayət işi üzrə 4 nəfər zərərçəkmiş şəxs qismində tanınıb: “ŞURATAZ LTD” MMC-yə faktiki rəhbərlik edən Xaliq Abbasov və “Nort Vest Konstrakşn” MMC-nin icraçı direktoru Elçin Bədəlov, qaynı Toğrul Tağıyev və "Yuxa" restoranının sahibi Azər Həsənov tanınıb.

İttihama görə, M.Tağıyev qaynı Toğrul Tağıyevdən 120 min manat, Elçin Bədəlovdan 80 min manat, Xaliq Abbasovdan 20 min manat, Azər Həsənovdan isə 5 min manat pulu hədə-qorxu ilə tələb edərək almaqda ittiham olunur.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »