Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Puqaçovanın ad gününə xərclənəcək məbləğ açıqlandı - qərar böyük etirazla qarşılandı

Aprelin 15-də Rusiya estradasının ulduzu Alla Puqaçovanın 70 yaşı tamam olur.

Dövlət Primadonnanın ad gününü yüksək səviyyədə qeyd etməyi planlaşdırır. “Rusiya vertolyotları” dövlət şirkəti yubiley tədbirlərinə 40 milyon rubl (təxminən 600 min dollar) xərcləyəcək.

Bizimyol.info xəbər verir ki, yubiley xərclərinin böyük olması Rusiyada ciddi narazılıq yaradıb. Bu məsələ az qala bütün sosial şəbəkələrdə müzakirə olunur. Adamlar müğənnilərin onsuz da böyük qonorar aldığını yazırlar. Sadə insanların ödədiyi vergilərin belə şeyə xərclənməsini özünə rəva görən xalq artistinin ünvanına çox ağır sözlər deyirlər.

Puqaçovanın təqaüdünün üç dəfəyə yaxın artması da adamları qəzəbləndirib. Xalq artisti dövlətdən ayda 47 min rubl (700 dollardan artıq) alacaq. Sosial şəbəkələrdə onun ünvanına “nə həyası var, nə də vicdanı” ifadəsini yazıblar.

Son xəbərlər
Bütün xəbərlər »