Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlikdə kadr dəyişikliyi

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub.

“Qafqazinfo” xəbər verir ki, Mia.az-a daxil olan məlumata görə, nazir Muxtar Babayevin əmri ilə nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Söhrab Abbasov işdən kənarlaşdırılıb.

Muxtar Babayev

Nazir departament rəisi vəzifəsini müvəqqəti olaraq Ağaqardaş Qaraşova tapşırıb. Qeyd edək ki, Ağaqardaş Qaraşov buna qədər Meşələrin İnkişafı Departamentinin direktor müavini vəzifəsində çalışırdı.

Xəbəri nazirlik təsdiqləyib. Bildirilib ki, işdən azad edilən Söhrab Abbasova başqa vəzifə verilib. O, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-yə sədr müavini təyin olunub.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Cadu tapmağı bacaran "falçı" onu gözləyən polisi "görə" bilməyib
Son xəbərlər
Bütün xəbərlər »