Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Matrix” filmini dərk etmək istəyənlər üçün hər şey - VİDEO
“Matrix” filmi nümayişə girdiyi 1999-ci ildən bəri ən çox müzakirə olun filmlərdən biridir.

Təxminən 3 milyard dollarlıq satışı olmuş bu filmi çox sayda insan sevsə də, nifrət edənlər də az deyil. Bəzi insanlar hətta kino tarixini “Matrix’dən əvvəl” və “Matrix’dən sonra” kimi zaman kateqoriyasına da ayırırlar.

Məşhur rejissor Darren Aronofsky də filmin təsirində qalanlardandır. Matrix’in ilk filmini kinoteatrda izləyən Aronofsky’nin filmdən çox təsirləndiyi və fantastika janrının bundan sonra eyni olmayacağını hiss etdiyi söyləyib. İllər məşhur rejissoru haqlı çıxardı və ilk filmi 1999-ci ildə, ikinci və üçüncüsü isə 2003-ci ildə nümayişə girən film, ehtiva etdiyi fəlsəfi ifadələr qədər, istifadə edilən texnologiyayla da dünya kino tarixində layiq olduğu yeri aldı.

Neuromancer: Dünya “Matrix” anlayışı ilə tanış olur

William Gibson’un 1984-ci yazdığı bu kitab janrının ən əhəmiyyətli əsərlərindən biri hesab olunur. Gibson ilk dəfə bu əsərində kompleks kompüteri təsvir etmək üçün “matrix” sözündən istifadə etmişdi. Wachowski Qardaşları da kitabdan ilham alaraq, kitabdakı bəzi hadisələri və məkanları eynilə ekranda əks etdiriblər. Matrix filminin əldə etdiyi uğurdan sonra, kitabın adı dəyişdirilərək “Matrix Ovçusu” adıyla satışa buraxıldı.

Ghost in Shell: Addım-addım Matrix’ə doğru

Nümayişə girdiyi 1995-ci ildə istədiyi qazancı əldə edə bilməsə də, Wachowski Qardaşların diqqətini artıqlaması ilə çəkməyi bacardı. Hətta, Wachowski Qardaşlarının prodüserə anime izlədib, “Bunun filmini çəkmək istəyirik,” dedikləri də iddia edilir. Anime fraqmentinə baxdıqda matrix serialarının bundan çox təsirləndiyi dərhal bəlli olur. Ümumiyyətlə, Matrix üçün Wachowski Qardaşları vizual mənada bir çox filmdən təsirlənib və bunu filmdə əks etdirib. Anime, manga, fantastik janr filmləri sevdiklərini və filmin mövzularında dolanmasını istədiklərini gizlətməyən qardaşların ilham qaynaqları olduqca fərqlidir.

Neo: Seçilmiş adam

Gündüzlər proqramlaşdırma şirkətində işləyən Thomas Anderson, gecələr ‘Neo’ kod adıyla hacker’lik edir. Matrix’i araşdıran Neo, onu yox edəcək ‘seçilmiş adam’ – filmdəki adıyla desək – ‘the one’ olduğundan xəbərsizdir. Filmdə istifadə edilən adların bir çoxu fəlsəfi, mifoloji ya da dini istinadlara əsaslanır. Neo belə bir istinada sahib deyil, amma hərflərin yeri dəyişdirildikdə adı one, yəni seçilən (yeganə, əsas) olur. Neo hekayədə ‘Məsih’ olaraq yer alır, Agent Smith’i isə ‘dəccal’ və ya şeytan kimi izah etmək olar.

Ağ dovşanı təqib et!

Bir nağıl olaraq yazılan Alice Möcüzələr Diyarındanın məqsədi, uşaqları əyləndirmək ola bilər. Ancaq bu nağılın təsiri uşaqları aşaraq, yetkinlərə də çatıb. İllər boyu ağ dovşanın arxasına düşərək, fərqli macəralar yaşamaq istədik. Amma həmin dovşan heç vaxt gəlmədi. Neo üçün isə vəziyyət heç də belə olmur. Neo ağ dovşanla qarşılaşır, onu təqib edir və özünü başqa aləmdə tapır.

Seçim ilə gəlmişik, seçim ilə gedirik!

Matrix seriyalarında seçim anlayışı əhəmiyyətli rol oynayır. Obrazların hər biri seçimlə qarşlaşır və hər seçim də bir nəticəyə yol açır. Neo da filmin əvvəlində qırmızı həbi seçərək, seriya boyunca edəcəyi seçimlərin ilkini reallaşdırmış olur. Bundan sonra edəcəyi seçimlərin həddi-hüdudu yoxdur. Hətta seriyanın finalı da Neonun seçimi ilə başa çatır. Bu hissədə Agent Smith Neo ilə etdiyi döyüş əsnasında niyə təslim olmadığını soruşduqda aldığı cavab “Çünki seçim etmişəm,” olur.

Ümidin adı: Morpheus

Yunan mifologiyasında xəyallar tanrısı olan Morpheus Matrixdə da Neonu yuxudan heç nəyə məcbur etmir. O Neo’ya həqiqəti göstərərək, seçməsi üçün variantlar təqdim edir.

Capitan Locke: Gördüyümə inanım, ya sənə?

Seriyanın son filmi Matrix Revolutions’un obrazların biri olan Komandir Locke’nin adının istinadına baxdığımızda, özümüzü maraqlı məlumatlar diyarında tapırıq. Filmdə Morpheus obrazının əks qütbü olan Kapitan Locke’nin Neo’ya inanmadığını görürük. Morpheus ümidi, Locke isə həqiqəti təmsil edir. Filmdə baş verən bu münaqişə əslində bu mövzudakı fəlsəfi qarşıdurmalara da işarə edir. İntuisiya, hisslərlə aydınlanmağa inanan Morpheus qnostik, məlumata ancaq təcrübəylə çatıla biləcəyinə inanan və bu formada davranan komandir Locke isə emprisist tərəfi təmsil edir. Kapitan Locke adı da 17-ci əsrin ən əhəmiyyətli mütəfəkkirlərindən biri olan John Locke’dan götürülüb. Mütəfəkkir 1690-cı ildə emprisizmin təməli sayılan İnsan anlayışı haqqında məqaləni yazmışdı.

Səbəb ‘niyə’ bu qədər əhəmiyyətlidir?

Trinity, Neo və Morpheus açarçını tapmaq üçün əvvəl Merovingian’ın yanına gedir. Merovingian onlara səbəblərə aid bir nitq edir. Ağır döyüş səhnəsindən əvvəl bu çıxışın gedişatı olduqca maraqlıdır. Ancaq daha əvvəlkilər və özündən sonrakılar kimi bu da “olsun” deyilərək qoyulmamış bir müzakirələr aparmaqdır. Merovingian çıxışında fəlsəfi istinadlar verir və səbəbiyyət qanununu öz nümunələri ilə izah edir. Morpheus araya girərək, “Hər şey seçimlə başlayır” deyir. Merovingian’ın cavabı isə “Seçim bir illuziyadır” olur. Əslində Wachowski Qardaşlar burada ‘tamaşaçılar artıq anlasın’ deyib, ancaq bir çox tamaşaçı Neonun seçimlərini Matrix’in bir hissəsi olaraq görməyi qaçırıb.

What is Matrix?

Morpheus Neoya Matrix’i izah edir: “Matrix hər yerdədir. Dünya isə sanki həqiqəti görməməyin üçün bir pərdə kimi önünə çəkilmişdir.” Neo soruşur, “Hansı həqiqət?” Morpheus cavab verir: “Kölə olmağın həqiqətini.” Matrix yaşadığımız sistemin güzgüsüdür. Biz də Morpheus’un izah etdiyi kimi işləyir, vergi ödəyir, istehlak edir və ölürük.

Həqiqətin çölünə xoş gəldiniz!

“Həqiqət nədir? Həqiqəti necə anlayırlar? “Morpheus bu sualları Neoya yönəldərkən məqsədi ondan cavab almaq deyil. Suallarla düşüncəsini genişləndirmək istəyir. Düşüncənin genişlənməsi üçün isə ilk əvvəl qarışması lazımdır. Məhz bu məqamda Morpheus, “Həqiqət çölünə xoş gəmisən,” deyərək, məşhur mütəfəkkir Jean Baudrillard’ı salamlayır. “Simulyatorlar və Simulyasiya” kitabında Baudrillard həqiqətini itirmiş, çöl təəssüratı oyadan bir dünyanın artıq çölləşən şəhərlərində yaşadığımızı vurğulayırdı. Morpheus’un dediyi bu cümləyə son halını verən isə müasir filosof Slavoj Zizek olmuşdur. Zizek ABŞ-dakı 11 sentyabr hücumlarından sonra yazdığı məqaləsinə “Həqiqət Səhrasına Xoş Gəldiniz” adını vermişdi.

Cavabı çətin suallar: Həqiqət nədir?

Bəzən həqiqət əlinizdə bir qaşıq tutmağınıza baxmayaraq, o qaşığın var olmadığını bilməkdir. Çox yer verilən həqiqət ifadələri, filmin da əsas problemlərindən birini meydana gətirir. “Həqiqət nədir?” sualının arxasınca düşdükdə, biz də özümüzü Neo ilə eyni yerdə tapırıq. Həqiqət və virtual dünya arasındakı xəttlər bir-birinə qarışır. Şübhəsiz ki, bu müzakirə Matrix ilə başlamayıb. Matrix mövcud fəlsəfi müzakirələri bəyaz pərdədə olduqca müvəffəqiyyətli şəkildə əks etdirib.

Jean Baudrillard’ın simulyasiya qaydasında bu müzakirə ətraflı şəkildə yer almışdı. Baudrillard həqiqətin kapitalizm və kütləvi informasiya vasitələri tərəfindən əmilərək, başqa bir həqiqətə – hiperhəqiqətə çevrildiyini iddia edirdi. Bu halda real olanla, olmayan arasındakı ayrıeçkilik qalxmış, bunun yerini də simulyasiya almışdır.

Dini və mifoloji qəhrəmanlar bir yerdə

Matrixdə obraz adlarının təsadüfi bir seçimin nəticəsi olmadığını, demək olar ki, hamısının dini, fəlsəfi və ya mifoloji istinadlara əsaslandığını qeyd etmişdik. Üç seriyada da iştirak edən Trinity adını Xristianlıq dininin əsası sayılan ‘müqəddəs üçlük’dən almışdır. Neo, Morpheus və Trinity də filmin əvvəlindən sonuna qədər birlikdə mübarizə aparan üç obrazdır. Morpheus’un istifadə etdiyi gəminin adı Nebukadnezar idi. Keldani xanədanından gələn birdən çox Babil kralının adı olan Nebukadnezar, həmçinin məğlubedilməz adlandılrılan II. Nebukadnezarı də təmsil edir.

Matrix Reloaded’dan tanıdığımız Kapitan Niobe də adını mifologiyadan alır. Filmdə Neoya, yəni Məsihə xəyanət edən adamın adına diqqət edin. Bu obrazın adının da şeytanın adlarından biri olan Luciferdən götürüldüyünü və Cypher olduğunu düşünə bilərik. Məsələn, film boyunca Neonun xilas etmək üçün min cür əvəz ödədiyi Zionun adı da İncildə mövcuddur. Hz. Davudun ‘Tanrının qalası’ olaraq adlandırdığı şəhərin də adı Zion’dur. Filmdə istifadə edilən adların mənası bunlarla məhdudlaşmır.

Nəzarət nədir?

Mexanikalar Zionun yerini tapır və yer qabığını qazmağa başlayır. Makinalarla vuruşmağa lap az qalmış Neo yata bilmir və şura üzvü Hamann ilə qarşılaşar. Hamann onu mexanika hissəsinə aparır və filmin bütün ironiyası da məhz onun dilindən səslənir: “Bu maşınlar həyatda qalmağımızı təmin edərkən, digərləri də bizi öldürməyə gəlir.” Neo’ya “Nəzarət nədir?” sualını verir. Neo da “istədiyimizdə maşınları bağlaya bilərik” cavabını verir. Nitqin çatmağa çalışdığı bir nöqtə yoxdur, ən azından Hamann elə deyir. Yaxşı həqiqətən elə deyilmi? Hamannın adını bir filosofdan aldığının da işarə etdiyi bir nöqtə yoxdur? Suallar, suallar..

Və Tanrı Zionu yaratdı

Neo qapılardan keçərək, yuxularında gördüyü işıqlı otağa çatır. Onu otaqda ‘memar’ gözləyir. Matrix’in yaradıcısı Neonu gözlədiyini söylədikdən dərhal sonra bildiyimizi düşündüyümüz cavabları suala, bəzi sualları da cavaba çevirən məşhur şərhi edir. Bu cavaba əsasən, Zio daha əvvəl beş dəfə yox edilmiş və yenidən qurulmuşdur. Neo da beş dəfə xilaskar olmağı sınamış, amma müvəffəqiyyətsiz olmuşdur. Neo altıncı sınağında gözlənilməyəni edir və müvəffəqiyyətli olur. Niyə ‘altı’ olması da kainatın altı gündə yaradıldığı inancına bağlanılır.

Fəlsəfi yanaşma

Matrix nümayişə girdiyi dövrdə fəlsəfi istiqaməti çox müzakirə edildi. Fransa bu müzakirələrin ən hərarətli getdiyi ölkələrdən biri idi. Hətta ‘Həqiqət çöllüyü’ adlı dəyirmi masalar da bu ölkədə təşkil olunurdu.

Rəngini seç, sənə kim olduğunu deyim

Filmdə rəng istifadəsi olduqca əhəmiyyətli olub. Yaradılan dünyaları təsvir üçün Wachowski Qardaşları rənglərdən çox faydalanıb. Matrix dünyasında yaşıl çalarları hakimdir, həqiqi dünyada mavi çalarların hakimiyyəti var. Hətta bu yolla,Kahinin Matrix’in bir hissəsi olduğu düşüncəsi filmin başından etibarən hiss etdirilib. Kahinin evində ya da geyimlərindəki yaşıl çalarların çoxluğu bariz şəkildə görülür.

İşıqlıq və qaranlıq da bu dünyaları ayırd etmədə əhəmiyyətli bir vasitədir. Ümumiyyətlə pislik qaranlıq ilə bir tutulur ( baxın. Üzüklərin Əfəndisi). Ancaq burada tam tərsi yaşanmaqdadır. Qaranlıq dünya eyni zamanda Zion’un da içində olduğu qurğuların hakimiyyətindəki bir dünyadır. Yəni maşınların dünyası qaranlıq, Zion işıqlı kimi bir stereotip yoxdur. Hətta burada qurğulara birbaşa pis deyilə bilmədiyimiz üçün bu şüurlu bir seçimdir. Çünki qaranlığın səbəbi insanlardır. Matrix dünyası isə günümüzdəkilərin əks olunması, aydınlıqdır.

Final hissəsində Trinity və Neonun Mexanika şəhərinə gedərkən bir an üçün səmayla görüşmələri və Trinity’nin üzündəki ifadə möhtəşəmdir.

Özünü geri çevirən sistem

Morpheus Neoya insan tarlalarını və insanları ölülərin mayeləri ilə bəslədiklərini izah səhnəsi olduqca təsir edicidir.

Bundan 13 il sonra Matrix rejissorlarının ərsəyə gətirdiyi digər film

Tom Tykwer’in Wachowski Qardaşlarıyla çəkdiyi “Cloud Atlas” bir “Matrix” olmasa da iki film arasındakı bu səhnə çox bənzərdir.

İşığın gücü üçün

Matrix’in elə bir təsir gücü var ki, özündən sonra elmi-fantastika və fantastik olma iddiası ilə çıxmış bir çox filmə ilham verib. 2005-ci ildə Nickelodeon’da göstərilən Son Hava Bükücü adlı cizgi filmi də buna daxildir.

Neo və Avatar bir yerdə

Neo da, Avatar Aang da əzəli düşmənini məğlub etmək üçün hər cür macəralar yaşayır. İkisi də Uzaq şərq mədəniyyətindən təsirlənir və finalda əzəli rəqibləri ilə təkbətək bir döyüş həyata keçirir. İkisi də düşmənini məğlub edərkən son mərhələdə iki qəhrəmanın bədənlərindən yayılan işığın vizual olaraq bənzərliyi diqqətlərdən qaçmadı.

Bəs Futurama?

Döyüş, ölüm və anlıq reaksiyalar Matrixlə birlikdə çox dəyişdi, ilham verici oldu deyək. Film dünyasındakı təsir o qədər güclü oldu ki, həm ondan əvvəli, həm ondan sonrası yenidən ələ alındı.

Matrix’i anlama bələdçisi

Animatrix doqquz hissədən ibarət olan bir anime seriyasıdır. Matrix yaradıcılarının Yapon anime ustaları ilə ortaqlığından ibarət olan bu ardıcıl, filmi izləyənlərin başındakı çoxu suala da bir cavab xüsusiyyətindədir. Hərçənd filmi izləyib üstünə da Animatrix izləyən tamaşaçının halı necə olar bilmirik. Yaxşısımı siz bizi dinləyin, hamısını arxa arxaya izləməyin.

Film dünyasına Matrix sayəsinda açılmış ağ səhifə

Matrixdən əvvəl Film sektoru, öz deyimiylə “bullet time effect’i yaxşı işlətmirdi. Əslində bu effekt yeni kəşf edilməyib, əksinə kinonun özünə dönüşü olaraq da xarakterizə edilə bilər. 360 dərəcə bucaqla yerləşdirilmiş kameraların eyni anda fotoşəkil çəkməsi əsasına söykənən bu efekt, tutulan kadrların arxa-arxaya qoyulması ilə əldə edilir. Matrixdən əvvəl bir neçə klipdə ya da filmdə istifadə edilsə də, bu texnika filmlə məşhurlaşıb. Özündən sonrakı filmlərin çoxunda gördüyümüz ‘bullet time effect’ ilə Matrix film texnologiyasında hər şeyi yüksək səviyyəyə qaldırıb.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »