Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fevralın 21-nə olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 21 fevralda gözlənilən hava şəraitini açıqlayıb.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-4, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 12-17, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək.

Xəbərdarlıq

Fevralın 21-22-də qərb küləyinin əsasən dağlıq rayonlarda arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »