Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur modelyerin sərvəti pişiyə qalıb, ona qulluqçu olmaq istəyənlər çoxdur - Foto

Məşhur kutyurye Karl Lagerfeldin vəfatından sonra daha çox onun sərvəti müzakirə olunur. Çünki alman modelyerin mirasının kimə qalacağı çox maraqlıdır.

Bizimyol.info xəbər verir ki, Lagerfeld müsahibələrində dəfələrlə bu suala cavab vermək məcburiyyətində qalıb. Çünki modelyer heç vaxt evlənməyib, övlad sahibi olmayıb. Ümumiyyətlə, Lagerfeldin yaxınlarından heç kim həyatda deyil.

Karl Lagerfeld

Kutyurye uzun müddət kişi partnyoru Jak de Başer ilə yaşayıb. Jak 1989-cu ildə QİÇS-dən öləndən sonra Karl tamamilə özünə qapılmışdı. Lagerfeldin evində yalnız xadimə, aşpaz və sürücünü görmək mümkün idi. Məşhur modelyer həmişə müsahibələrində intim münasibətlərin onu maraqlandırmadığını deyirdi. Dörd il əvvəl böyük bacısı Marta-Kristina da vəfat etmişdi.

Lagerfeldin var-dövlətini miras qoyduğu pişik Şupett adlanır. Karl pişiyi 2011-ci ildən saxlayırdı. Lagerfeld gününün böyük hissəsini Şupett ilə keçirirdi.

Şupettin bank hesabı var. “İnstagram”da onu 159, “Twitter”də 50 min adam izləyir. Pişik reklamdan milyonlar qazanır.

Karl Lagerfeldin pişiyi / Foto: Instagram @choupettesdiary

Problem ondadır ki, Fransada heyvanlara var-dövləti miras qoymaq olmaz. Axı bütün məşhur modelyerlər kimi Karl da Parisdə yaşayırdı. Bunu Lagerfeldin doğulduğu Almaniyada həyata keçirmək variantı var. Amma Fransa ilə hesablaşmadan nəsə etmək çətin məsələdir. Üstəlik, qanunvericilik pişiyi himayəyə götürmək məsələsində dəqiq qərar verə bilmir. Qəyyumun kimliyinin müəyyənləşdirilməsi də asan deyil. Çünki Lagerfeldin pişiyinə baxmaq istəyən çoxdur.

Son xəbərlər
Bütün xəbərlər »