Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir şəxs "kontur dələduz"unun hədəfi oldu - Fotofakt

"Bizə mobil operatorların göndərdiyi bildiriş xarakterli mesajı öz nömrəsindən göndərdi, sonra isə güya səhvən bizim balansımıza vəsait yükləyibmiş kimi ödənişi geri istədi".

Bu sözləri Bizimyol.info-ya müraciət edən Pərviz Həşimi deyib. O qeyd edib ki, bu yolla o yəqin ki, bir çox məlumatsız adamı aldadaraq onlara öz nömrəsinə ödəniş yüklətdirib:

"5 gün öncə telefonumuza mesaj gəldi. Mesajı oxuyub əvvəlcə yanıldıq, düşündük ki, Azərcell şirkətinin göndərdiyi bildiriş mesajıdır. Sonra həmin mesajda qeyd olunan nömrədən zəng gəldi və bildirdilər ki, sizin balansınıza səhvən 1 manatlıq vəsait yüklənilib, xahiş edirik geri qaytarasınız. Bir neçə dəfə zəng etdi və mesajı incələyəndə bunun saxtakarlıq olduğunu başa düşdük. Gördük ki, mesaj şirkət tərəfindən yox, konkret nömrədən gəlib və bizi aldatmağa çalışırlar. İstəyərdim ki, hər kəs bundan məlumatlı olsunlar və bu oyuna gəlməsinlər".

Bizimyol.info daxil olan materiallar əsasında araşdırma edib və xüsusi axtarış proqramı bizi Neftçala rayon sakini Hüseyn Əliyev adlı şəxsə yönləndirib. Həmçinin axtarış proqramları vasitəsilə onun adı "Kontur" və "Kontur q***si" ifadələri ilə də başqa şəxslərin telefon dəftərçəsinə yazılıb ki, bu da həmin əməlin bir neçə şəxsə qarşı törədildiyi qənaətinə gəlməyimizə imkan verir.

Bu haqda Bizimyol.info-ya danışan vəkil Əsabəli Mustafayev qeyd edib ki, bu əməldə dələduzluq tərkibi var və həmin şəxs işin ağırlıq dərəcəsindən asılı olaraq hətta 10-12 ilədək həbs edilə bilər:

"Vətəndaş ilk növbədə hüquq mühafizə orqanlarına müraciət etməlidir. İlkin mərhələ deyə bilərəm ki, bu əməldə dələduzluq tərkibi var. Hüquq mühafizə orqanları texniki imkanlardan istifadə edərək həmin şəxsi tapa bilər. Həmin şəxsi isə hansı cəzanın gözləməsi isə əməlin həcmindən asılıdır. Ola bilər ki, o şəxs bir neçə nəfəri bu yolla aldada bilər. O hallar araşdırılmalı və aşkarlanmalıdır. əgər bir neçə nəfərə qarşı bu əməl törədilibsə, məbləğ böyükdürsə o zaman bu əməl daha ağır tövsif oluna bilər. 178-ci maddənin 2 və 3-cü bəndləri ilə də tövsif edilə bilər. Bu da 10-12 il müddtinə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər. Bu məsələ ilə bağlı istintaq aparılmalı və materiallar əsasında hüquqi qiymət verilməlidir".

Məsələ ilə bağlı həmin şəxsə zəng etsək də telefonu bağlı olub.

Qeyd edək ki, bu yolla vətəndaşların aldadılması halı ilk deyil və bu kimi halla xalq artisti Faiq Ağayev də qarşılaşmışdı.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »