Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda saxta linzalar satılıb: istifadə edənlər kor ola bilər - Video
Azərbaycanda Almaniya istehsalı olan saxta linzalar satılıb. Bu barədə Azad İstehlakçılar Birliyinə şikayət daxil olub. Aparılan araşdırmalar nəticəsində linzaların saxta olduğu və məhsulun üzərindəki ştrix-kodların düzgün olmadığı müəyyən edilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında deyib ki, əməliyyat vasitəsilə gözə yerləşdirilən bu protezlərdən istifadə edənlərin kor olma təhlükəsi var.

Eyyub Hüseynov bildirir ki, həmin linzaların satışı ilə məşğul olan sayta daxil olmaq və məlumat əldə etmək mümkün deyil.

Mütəxəssis Abbas Səfərlinin sözlərinə görə, məhsulun üzərində yerləşdirilən ştrix-kodlar xüsusi aparat vasitəsilə yoxlanılıb və saxta olduğu aşkarlanıb.

Son xəbərlər
Bütün xəbərlər »