Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əlövsət Əliyev: "Konsulluqlarımıza sənəd üçün müraciət etmək mümkün deyil"
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının mhüacirətdə olan qardaşı, hüquqşünas Əlövsət Əliyev Avropada olan konsulluqların fəaliyyətini araşdırıb və digər ölkələrin konsulluqları ilə müqaisə edərək öz narazılığını ifadə edib.

O bildirib ki, Avropada fəaliyyət göstərən Azərbaycan konsulluqları orada yaşayan Azərbaycan vətəndaşlarının qəbulu üçün az vaxt ayırır, müvafiq sənədlərin hazırlanması üçün müraciət etdikdə isə həmvətənlərimiz süni növbə və sıxlıqla qarşılaşırlar:

"Bir müddət əvvəl qeyd etdiyimiz kimi iki aydan çoxdur ki, konsulluqlarımızın fəaliyyətini qanunvericiliyin tələblərinə və başqa ölkələrin təcrübələrinə münasibətdə təhlil edirik. Bu gündən etibarən imkan olan zaman bəzi məlumatları diqqətinizə çatdıracağıq. Avropada fəaliyyət göstərən Azərbaycan, Rusiya və Belarusiya konsulluqlarının fəaliyyətləri ilə bağlı bəzi nüansları diqqətinizə çatdırırıq.

Avropada fəaliyyət göstərən Azərbaycan konsulluqları vətəndaşları yalnız bazar ertəsi, çərşənbə axşamı və cümə günləri saat 9-dan 12:00-a kimi qəbul edirlər. Digər vaxtlar sənəd ücün müraciət etmək mümükün deyil. Ona görə də həmişə konsulluqların qapıları önündə bilərəkdən yaradılmış növbələrlə rastlaşırıq.

Rusiya Federasiyasının Konsulluq şöbəsi pasport üçün sənədlərin təqdim edilməsi, pasport verilməsi, konsulluq qeydiyyatı, vətəndaşlıq məsələləri, notariat hərəkətləri, Rusiya Federasiyasının ərazisindən Qeydiyyat İdarəsinin sənədlərinin, məhkumluq haqqında və digər sənədlərin gətirilməsi və s. sahələr üzrə sistemləşdirməklə həftəiçi bütün günlər vətəndaşları saat 09:00-dan 17:00-a qədər qəbul edir.

Rusiya səfirliyinin konsulluq şöbələri həftənin bütün günləri qəbul keçirir, vətəndaşlar müəyyənləşdirilmiş və hamıya əlçatan olan sistem əsasında qəbul edilirlər.

Belarusiyanın Berlindəki səfirliyinin əməkdaşları həftənin bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı və cümə günləri vətəndaşları qəbul edirlər. Vizalar üçün müraciətə bu müddət şamil olunmur. Bundan başqa həftəiçi bütün günlər saat 14:00-dan 17:00-a kimi qaynar xətdən konsulluq məsələləri ilə bağlı informasiya almaq mümkündür.

Gürcüstan, Ukrayna və Orta Asiya Respublikalarının konsulluq şöbələri də vətəndaşlarının qəbuluna bizim konsulluqlardakı kimi az vaxt ayırmayıb".

Avropada fəaliyyət göstərən Azərbaycan konsulluğu ilə bağlı səsləndirilən fikirlərə Xarici İşlər Nazirliyindən mövqe öyrənmək istəsək də, nazirliyin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva zənglərimizə cavab verməyib.

Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Cadu tapmağı bacaran "falçı" onu gözləyən polisi "görə" bilməyib
Son xəbərlər
Bütün xəbərlər »